XİN Ukrayna təyyarəsinin qaçırılması barədə məlumatları təkzib edib » İnterxəbər.Az
interxeber.az » Son xəbərlər » XİN Ukrayna təyyarəsinin qaçırılması barədə məlumatları təkzib edib


XİN Ukrayna təyyarəsinin qaçırılması barədə məlumatları təkzib edib

24-08-2021, 13:35
Oxunub: 336
Çap et
Əfqanıstanda Ukraynaya məxsus təyyarənin qaçırılması barədə yayılan məlumatlar təkzib edilib.

“Report” “Russia Today”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Oleq Nikolenko məlumat verib.

“Kabildə və ya başqa bir yerdə qaçırılmış Ukrayna təyyarəsi yoxdur.

“Qaçırılmış təyyarə” barədə müxtəlif KİV-lərdə tirajlanan məlumatlar həqiqəti əks etdirmir”, - o bildirib.
Reytinq: