Son iki gündə cəbhədə silahlar susmayıb – RƏSMİ » İnterxəbər.Az
interxeber.az » Son xəbərlər » Son iki gündə cəbhədə silahlar susmayıb – RƏSMİ


Son iki gündə cəbhədə silahlar susmayıb – RƏSMİ

23-02-2015, 11:39
Oxunub: 574
Çap et
Nazirlik məlumat yaydı.

Azərbaycanın Müdafiə Nazirliyi fevralın 22-23 tarixlərində cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, fevralın 22-də düşmən qüvvələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 50 dəfə pozub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Kəngərli, Sarıcalı, Şıxlar, Şuraabad, Cəvahirli, Şirvanlı, Novruzlu, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Fevralın 23-də isə düşmən atəşkəsi 34 dəfə pozub.

Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Şuraabad, Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.Son iki gündə cəbhədə silahlar susmayıb – RƏSMİ
Reytinq: