"Qəlyanı əsasən siqaret çəkməyənlər çəkir. Həm də son zamanlar gənclər şəkil çəkdirmək həvəsindən qəlyan çəkirlər. Qəlyanla şəkil çəkdirmək dəb halını alıb".

Gənclərin qəlyanla şəkil çəkdirmək həvəsi onların fərqində olmadan qəlyan, siqaret və ya narkotik vasitə asılılığına səbəb olur. Bu da bəzən onların gələcəyinin məhvinə gətirib çıxarır.

Tərkibi nikotinlə dolu olan qəlyan yuxarı tənəffüs, ağciyər xəstəliklərinin artmasına səbəb olur. İnsanlar qəlyanı siqaret çəkməklə müqayisədə ziyansız hesab etsələr də, reallıq belə deyil. Mütəmadi qəlyan çəkən insanlarda xərçəng xəstəliyinin yaranması qaçılmazdır.

Bir zamanlar Şərqdə yaranıb sürətlə digər ölkələrə yayılan qəlyana maraq ölkəmizdə də kifayət qədərdir. Paytaxtda hər addımbaşı qəlyan reklamları ilə qarşılaşmaq mümkündür. Son zamanlar gənclər çay evlərinə daha çox qəlyan çəkmək həvəsi ilə gedirlər. Burada isə onlara müxtəlif çeşidlər təklif olunur. Sulu qəlyan, meyvəli, hətta südlü qəlyanlar.

Ən acınacaqlısı isə odur ki, bəzi hallarda gənclər qəlyanın tərkibinə narkotik vasitələr də qatmaqla istifadə edirlər. Bəziləri bu vərdişin bronxlara xeyirli olduğunu düşünür. Onlar bu həvəsin təhlükəli xəstəliklərə şərait yaratdığından xəbərsizdirlər.

Bakıda mağazalarda apardığımız kiçik araşdırma nəticəsində öyrəndik ki, qiymətlər 20-500 manat arasında dəyişir. Ən çox satılan qəlyanlar 50-100 manat dəyərindədir. İran və Türkiyədən gətirilən qəlyanların alıcıları daha çox çay evlərinin sahibləridir. Şəxsi istifadə üçün qəlyan alanların sayı da az deyil.

Mütəxəssislər bu mövzuda çox narahatdır.

Həkim-infeksionist Sədrəddin Atakişizadə deyir ki, daha çox gənclərin maraq göstərdiyi qəlyan siqaretdən zərərsiz görünsə də əslində 1 qəlyan 50 siqaretə bərabərdir: "Qəlyan çəkənlər hesab edirlər ki, qəlyan dumanı sudan keçdiyi üçün zərərli maddələr suda qalır. Əslində isə nikotin su ilə isladılır, sıxılır, sonra qəlyana əlavə olunur. Bir saat qəlyan çəkən zaman insanın ciyərlərindən bir siqaret çəkən zamana nisbətən təxminən 100-200 dəfə daha çox tüstü keçir. İnsan orqanizmində düşən kömür hissələri yanaraq dəm qazı ifraz edir. Qəlyan çəkən zaman yaranan baş gicəllənməsi və ürək bulantısı da bundan irəli gəlir".

Sədrəddin Atakişizadə sulu qəlyanın törədə biləcəyi təhlükəli fəsadlardan danışıb: "Qəlyan çəkmək tənəffüs sisteminin zədələndiyinə görə, ağ ciyərin funksional pozğunluğuna gətirib çıxarır. Eyni zamanda nikotin və nikotinə oxşar toksiki tərkibi qan dövranına daxil olaraq qaraciyərin toksiki zədələnməsinə səbəb olur. Bu, siqaretdən daha çox təhlükəlidir".

Həkim gəncləri alma, banan, nanə kimi ətirlərlə zənginləşdirilən qəlyanların cəlbedici dadına aldanmamağa çağırır: "Bəzən aldadıcı olaraq orada meyvə tamı meyvən dadlandırıcılardan istifadə edirlər. Bunlar konservant sayılır və onların da ikinci mənfi təsiri var. Yəni biz fikirləşməyək ki, bu çiyələk dadı verirsə deməli keyfiyyətlidir. Xeyr o zaman həmin şəxs iki komponentli zəhər qəbul etmiş olur".

Sədrəddin Atakişizadə deyir ki, qəlyan eyni zamanda yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər. Gün ərzində qəlyandan onlarla insan istifadə edir, ağızlığı və suyu nə qədər dəyişdirilsə də, dumanın keçdiyi boru dəyişmir. Bu səbəbdən də nəfəs yolu ilə xəstəliklərin keçməsi qaçılmaz olur. Xəstə insanın qəlyandan istifadə etməsi mikroorqanizmlərin o boruya yerləşməsinə və sağlam birini yoluxdurmasına səbəb olur. Hepatit, vərəm və QİÇS viruslarına yoluxma ehtimalı 98% təşkil edir.

Qeyd edək ki, son vaxtlar qəlyandan qadınların istifadə etməsi hallarına da rast gəlinir. Bir tərəfdən maarifsizlik, digər tərəfdən isə müasirləşmək həvəsi zərif cinsin nümayəndələri arasında qəlyan çəkənlərin sayının artmasına təsir edir. Paytaxt sakinləri bu fakta qarşı mənfi fikirdə olduqlarını dilə gətiriblər.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyir ki, Azərbaycanda sulu qəlyanın istifadəsinə qadağa qoyulması vacibdir: "Mən təklif edirəm ki, əgər bizim qapalı məkanlarda tütün məhsullarının istifadəsi qadağan olunan qanun qəbul olunarkən sulu qəlyanlarda bu sıraya aid olunsun. Ona kimi isə sulu qəlyanlardan istifadə lisenziya vasitəsi ilə tənzimlənməlidir. Yəni hansı müəssisələrdə istifadə oluna bilər və ya razılıq əsasında xüsusi otaqlarda istifadə edilə bilər. Amma ən yaxşısı odur ki, ölkəmizdə bunun istifadəsi qadağan olunsun".

Hər halda sağlamlığını düşünən hər kəs belə vərdişlərdən uzaq durmalıdır.Sulu qəlyan dəbi: narkotikə meyl, yoxsa qorxunc xəstəlik?

Son xəbərlər

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Tramp Putinlə münasibətindən danışıb

NATO baş katibinin Azərbaycana səfəri başlayıb - FOTO

Tramp: “Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək”

İsrail atəşkəs danışıqlarını bərpa edəcək

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb

Hakan Fidan: “Azərbaycan Qafqazın yeni doğan günəşidir”

Gürcüstan XİN başçısı: “Ümidvarıq ki, Azərbaycan və Ermənistan tez bir zamanda sülh sazişi imzalayacaqlar”

Türkiyə və Rusiya XİN başçılarının müavinləri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər

Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib - YENİLƏNİB + FOTO

Almaniya ordusunda silah, texnika və şəxsi heyət çatışmır

Almaniya ordusunda silah, texnika və şəxsi heyət çatışmır

Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfər ediblər - FOTO

Paşinyan: “Azərbaycanla delimitasiya prosesi Tavuşdan başlaya bilər”

Dünya brendi Rusiyada böyük məbləğdə cərimələndi

Finlandiya limanlarında bütün yükdaşımaları dayandırıldı

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: Onlarla şəxs saxlanıldı

Husilər ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücum etdilər - FOTO

Misirə silah arxasınca gedən Paşinyan məyus qayıtdığını etiraf etdi - FOTO

Ərdoğan Zelenski ilə görüşdü

Ağdam, Füzuli və Xocavənd rayonlarına Prezidentin xüsusi nümayəndəsi təyin edildi

Rusiyanın baş naziri Azərbaycana səfərə gəlib

Bütün xəbərlər