Ənənəvi tədrisin bərpası ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinin müdirindən açıqlama - VİDEOBu gündən Bakı, Sumqayıt və Abşeronda yuxarı sinif şagirdləri üçün ənənəvi dərslər bərpa olunub.
Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla dərslər ənənəvi formada bərpa edilib. Bununla bağlı Baku TV-yə açıqlama verən Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib ki, Bakı şəhərində 199 mindən artıq şagird V-IX sinifdə təhsil alır: “Bu siniflər üçün 25 mindən artıq müəllim dərs deyir. Bu o deməkdir ki, ibtidai siniflərlə birlikdə təxminən 410 mindən çox şagird mərhələli şəkildə tədrisə cəlb olunub. Karantin rejiminə uyğun olaraq məktəblərdə tədris prosesi təşkil olunub. Bütün qaydalara əməl olunub”. Reytinq:
|
|
Xəbər lenti
Hava haqqında
|