Koronavirusa qarşı peyvəndin sınaqlarının nəticələri AÇIQLANDI » İnterxəbər.Az
interxeber.az » Son xəbərlər » Koronavirusa qarşı peyvəndin sınaqlarının nəticələri AÇIQLANDI


Koronavirusa qarşı peyvəndin sınaqlarının nəticələri AÇIQLANDI

20-07-2020, 02:31
Oxunub: 86
Çap et
Moskvadakı Seçenov adına Dövlət Tibb Universitetinin mütəxəssisləri koronavirusa qarşı ilk peyvəndin insanlar üzərində sınaqlarının nəticələrini açıqlayıblar.

“RİA Novosti” xəbər verir ki, Universitetin Köçürmə Təbabəti və Biotexnologiyalar İnstitutunun direktoru Vadim Tarasovun sözlərinə görə, sınaqların bütün iştirakçıları özlərini yaxşı hiss edirlər.
O qeyd edib ki, həkim nəzarətində olanlar və artıq evə buraxılmış könüllülər yaxşı əhval-ruhiyyədədirlər.

Bu gün, iyulun 20-də sınaqlarda iştirak etmiş şəxslərin ikinci qrupu evə buraxılacaq.
Reytinq: