Azərbaycanda rəhbər vəzifələrə qəbul imtahanı ləğv olundu » İnterxəbər.Az
interxeber.az » Son xəbərlər » Azərbaycanda rəhbər vəzifələrə qəbul imtahanı ləğv olundu


Azərbaycanda rəhbər vəzifələrə qəbul imtahanı ləğv olundu

13-03-2020, 20:26
Oxunub: 158
Çap et
Azərbaycanda rəhbər vəzifələrə qəbul imtahanı ləğv olundu
2020-ci il martın 15-də keçirilməsi nəzərdə tutulan inzibati rəhbər vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı ləğv edilib.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanın keçiriləcəyi tarix haqqında əlavə məlumat veriləcək.

Məlum olduğu kimi, 2020-ci il martın 15-də Dövlət İmtahan Mərkəzində inzibati rəhbər vəzifələr (A növ) üzrə dövlət qulluğuna qəbul imtahanının keçirilməsi nəzərdə tutulurdu.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 13-də verilən qərara uyğun olaraq koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər planına əsasən imtahanın keçirilməsi təxirə salınıb
Reytinq: