Alim ömrünün mənası
İnsan övladı kimliyindən və harada doğulmasından asılı olmayaraq daşıdığı bir missiya vətəndaşı olduğu ölkəyə, mənsub olduğu millətə xidmət etmək baş ucalığı gətirməkdir.

Görkəmli alim-əməkdar elm xadimi, bütün ömrünü xalqının inkişafı naminə ürəklə çalışmış, zəkasının, təfəkkürünün məhsulu olan elmi əsərlər yazmışdır. Ə.Nuriyevin qələmə aldığı yüzlərlə elmi məqalələri öz əhəmiyyəti ilə seçilir və bu məqalələr həyatda öz bəhrəsini verir.

1963-cü ildə Azərbaycan Dövlət Universitetinin İqtisad fakultəsini «Maliyyə-kredit» ixtasası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Ə.Nuriyevin ali təhsilə aldığı vaxtdan başlanan elmi taleyi uğurlu olmuşdur.

1969-cu ildə «Aşağı Kür-Araz sənaye kompleksi və onun gələcək inkişafı yolları» mövzusunda dissertasiya müdafiə edərək i.e. namizədi alimlik dərəcəsi almışdır.

Z.Ə.Nuriyev 1991-ci «Yeni təsərrüfatçılıq şəraitində müttəfiq Respublikaların xalq təsərrüfatının ərazi quruluşunun təkmilləşməsi» Azərbaycan Respublikasının timsalında dissertasiya müdafiə edərək i.e. alimlik dərəcəsi almışdır. О 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, 2005-ci ildə ona «Dövlət idarəetməsi və menecment» kafedrası üzrə professor elmi adı verilmişdir.

Bir alim-pedaqoq kimi Ə.Nuriyevin elmi yaradıcılığı praktikada tətbiq olunmuş və 1990-cı illərdə yeni inzibati rayonların yaranması konsepsiyası bir material kimi istifadə olunmuşdur.

Ə.X.Nuriyev 1970-ci illərdə NMF-nın elm mərkəzində, Muxtar Respublikanın rəhbər orqanları ilə birgə iqtisadiyyatın kompleks inkişafı problemlərini tədqiq edərək, əməli təkliflər vermişdir. О, bütün bunlarla yanaşı 1970-ci illərdə və sonrakı dövrdə Naxçıvanda ictimai elmlərin inkişafı ilə bərabər elmi dərəcəsi olan kadr təminatının yaxşılaşdırılması istiqamətində böyük xidmətlər göstərmişdir.

Ə.Nuriyevin pedaqoji fəaliyyəti - müəllifliyi ona böyük nüfuz gətirmişdir.

Artıq 50 ildir ki, Respublikanın müxtəlif ali məktəblərində, ixtisasına uyğun fənlər tədris edir. Onun «Diplom layihələrinin iqtbsadi əsaslandırmasına dair metodik göstərişi» 30 ildən çoxdur ki, energetika ixtisası üzrə diplom layihələrinin texniki-iqtisadi əlaqələndirilməsində uğurla istifadə olunur.

Ölkədə tanınmış elmi əsərləri praktikada tətbiq olunan, geniş elmi potensialı olan Ə.Nuriyevin Azərbaycanda regional idarəetmənin nəzəri əsaslarını yaratmışdır. Onun dəfələrlə təkrarən nəşr olunmuş «Regional siyasət və idarəetmənin əsasları» kitabı (Bakı -2004, 2007, 2011), tədris proqramları 2004-cü ildən başlayaraq respublikanın əksər ali məktəblərində Regional idarəetmə, regional siyasət fənlərinin tədrisində əsas dərslik kimi istifadə olunması təqdirəlayiq haldır.

Ömrünü, taleyini elmin inkişafına, yeni alim nəslinin yetişməsinə həsr edən bu böyük ürəkli vətəndaş, geniş erudiyalı alim-pedaqoq 2002-2011-ci illərdə Dövlət İdarəçilik Akademiyasına elmi-tədqiqat işlərinin istiqamətlərini, problemlərini müəyyənləşdirmiş və bu işlərin icrasına rəhbərlik etmiş, rektor S.Qəndilovun rəhbərliyi altında 2003-cü ildə «Dövlət İdarəçiliyi: nəzəriyyə və təcrübə» jurnalının nəşrini təşkil etmiş və bu jurnalın baş redaktorunun müavini olmuşdur.

Bütün elmi, pedaqoji fəaliyyəti ilə yanaşı Dövlət İdarəçilik Akademiyasında elmi-praktiki konfransların, seminar və sessiyaların keçirilməsinin əsas təşkilatçılarından biri olmuşdur. Hər tərəfli və çox şaxəli istedada malik Ə.Nuriyev AMEA-nın Naxçıvan bölməsində və İqtisadiyyat İnsitutunda doktorluq və namizədlik alimlik dərəcəsi verən ixitisaslaşdırılmış dissertasiya müdafiə şurasının üzvü, 2002-ci ildən etibarən AMEA-nın İqtisadiyyat İnstitutunda Dissertasiya müdafiə şurasının nəzdində elmi seminarın sədridir.

O, bir neçə dissertasiyanın müdafiəsinə sədrlik etmişdir. Qonşu respublikalarda və Beynəlxalq elmi konfranslarda Azərbaycan İqtisad Elmini ləyaqətlə təmsil etmişdir. Çoxsaylı monoqrafiyaların redaktoru olmuşdur. Bunlarla bərabər «Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə; АМЕА-ın xəbərləri (iqtisadiyyat seriyası), «Kooperasiya, təfəkkür və Azərbaycanın vergi xəbərləri» elmi-nəzəri jurnalların redaksiya heyətinin üzvüdür.

İlk təhsil illərindən sonra Naxçıvan şəhər maliyyə şöbəsində böyük iqtisadçı, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin «siyasi iqtisad» kafedrasında baş laborant, 1965-ci ildə АМЕА-nın iqtisadiyyat institutunda böyük elmi işçi, 1972-1979-cu illərdə Naxçıvan Elm mərkəzində iqtisadiyyat şöbəsinin müdiri olmuşdur, uzun bir elmi yol keçən Ə.Nuriyev 2002-ci ilə kimi də bir sıra mühüm vəzifələrdə çalışmışdır. 2002-2012-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Geostrateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə işləmişdir. 2012-ci iyul ayından həmin Akademiyada «Regional iqtisadi və sosial araşdırmalar» institutunun direktoru vəzifəsində çalışmışdır.

Bütün ömrünü sevdiyi xalqının maariflənməsinə, iqtisadi və mənəvi tərəqqisinə həsr edən Əli Nuriyevin uzun müddətli elmi fəaliyyəti ölkə prezidenti cənab İlham Əliyev tərəfindən qiymətləndirilmiş və bu görkəmli elm fədaisi «Əməkdar elm xadimi» fəxri adı ilə təltif olunmuşdur.

Bir sıra mükafatların daşıyıcısı olan Ə.Nuriyev 2001-ci 2009-cu il və 2014- cü illərdə АМЕА-nın Rəyasət heyətinin fəxri fərmanıyla və həmin il АМЕА-nın 70 illik yubiley medalıyla təltif olunmuşdur.

Ə.Nuriyev eyni zamanda «Ustad», «Qızıl qələm», «Nüfuzlu Ziyalı» media-mətbuat mükafatlarının laureatıdır.

Görkəmli elm xadimi, tanınmış alim-pedaqoq Əli Nuriyev yenə də öz ürək odunu, gözlərinin ziyasını vərəqlərə tökərək, onu yetirən torpağa, millətə öz elm yaradıcılığında övladlıq borcunu şərəflə yerinə yetirir. Bütün elmi fəaliyyəti ilə bərabər ona möhkəm can sağlığı arzulayırıq.

Son xəbərlər

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Tramp Putinlə münasibətindən danışıb

NATO baş katibinin Azərbaycana səfəri başlayıb - FOTO

Tramp: “Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək”

Bütün xəbərlər