DataLife Engine / Rusiya terrora dəstək verməklə ittiham edildi

Rusiya terrora dəstək verməklə ittiham edildi

Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Karen Pirs Suriya rejimini və Rusiyanı tənqid edib.

“Hürriyet”in məlumatına görə, o, “qara yaxmağa” davam edilərsə, qanuni yollara müraciət ediləcəyini bildirib.

Pirs Suriya rejimi və Rusiyanının mülki şəxslərə hava zərbələri endirib xəstəxanalarını bombalamaqla beynəlxalq humanitar hüququ pozduğunu deyib.

Onun ittihamlarına cavab olaraq, Rusiya və Suriya təmsilçiləri də Qərbi terroristlərə dəstək verməklə günahlandırıb.

BMT-nin Suriyaya sülh və humanitar yardım gətirməsi üçün çalışdığını deyən Pirs, bu iddiaları qəbul etməyib.
23-11-2019, 20:18
Вернуться назад