DataLife Engine / Bərdə şəhərində quruculuq davam edir (FOTO)

Bərdə şəhərində quruculuq davam edir (FOTO)

Bərdə rayonu 1930-cu ildə inzibati ərazi statusu almışdır. 1 şəhər və 110 kəndi vardır.
Rayonun mərkəzi olan Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. İsayev Vidadi İsa oğlu Bərdə şəhərinə İcra başçısı təyin olunan gündən Bərdə şəhərində quruculuq işləri sürətlə inkişaf etməyə başladı. Buna misal olaraq "Bərdə" türbəsində və Torpaqqala kompleksində əsaslı yenidən qurmadan sonran yaradılan şərait adami valeh edir. Yenidaşkənd-Umudalılar avtomobil yolunun açılışı kənd sakinlərin gediş gəlişinə və iqtisadi və ticarətin inkişafına təkan yaratmışdır. Ölkə rəhbəri Cənab İlham Əliyevin Bərdə şəhərinə səfəri səmərəli olmuşdur.

Burada yeni bərpa olan tarixi "Bərdə" türbəsinin yenidən turistlərin üzünə açılması. Yolların asfaltlaşmasi ümumilikdə Bərdə şəhərinin dahada gözəl şəhərə çevrilməsi üçün dinamik inkişafına canlanma yaradılmışdır. Son zaman şəhərin bir neçə küçələrində abadlıq quruculuq işləri davam etdirilmişdir. Bərdə şəhərinin Baş Memarı Toğrul Şadlinskinin qeyd etdiyinə görə, hal hazirda Bərdə şəhərin Səməd Vurğun küçəsi, Dəmir yol ərazisi və sanaye ərazisində piyadalar üçün nəzərdə tutulan yolların və avtomobil yollarının asfalt örtüyü ilə örtülmüşdür. Adı çəkilən ünvanlarda gecə işiqlandırıcı dirəklərin quraşdırılması, divar sədlərin tikilərək üzlük aqlay daşlarla üzlənməsi işləri aparılmışdır. Görülən işlərin sonunda yolların kənarları şam ağacları ilə yaşıllaşdırılmışdır.


Bərdə şəhərində quruculuq davam edir  (FOTO)
Bərdə şəhərində quruculuq davam edir  (FOTO)
Bərdə şəhərində quruculuq davam edir  (FOTO)
Bərdə şəhərində quruculuq davam edir  (FOTO)


M.Rafiq

M.Samir
2-02-2019, 09:36
Вернуться назад