DataLife Engine / Türkiyə Rusiyaya başsağlığı verdi

Türkiyə Rusiyaya başsağlığı verdi

“Bu, planlaşdırılmış təxribata çox bənzəyir”.

Türkiyənin XİN rəhbəri rusiyalı həmkarı Sergey Lavrova zəng edərək, Türkiyə Hərbi hava qüvvələri tərəfindən noyabrın 24-də Suriya ərazisində vurulan Su-24 bombardmançısına dair başsağlığı verib.

Interxəbər xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Türkiyə tərəfindən dünən və daha yüksək səviyyədə izahat gözləyirdik, amma gec olması heç olmamasından daha yaxşıdır”, - Lavrov qeyd edib.

Rusiyalı nazirin sözlərinə görə, Türkiyənin XİN rəhbəri Mövlut Çavuşoğlu ona zəng edərək türk dispetçerlərinin Su-24 təyyarəsinin milli mənsubiyyətindən xəbərdar olmadıqlarını deyib, TASS məlumat yayıb.

“Türkiyənin XİN rəhbəri qeyd edib ki, çoxsaylı xəbərdarlıqlara baxmayaraq təyyarə hətta 17 saniyə müddətinə Türkiyənin ərazisinə daxil olub. Türkiyə dispetçerləri və təyyarəçiləri onun Rusiya təyyarəsi olmadığını deyiblər. Belə ki, orada Suriya Hərbi hava qüvvələri də uçur”, - Rusiya naziri deyib.

Rusiyanın XİN rəhbəri vəziyyəti şərh edərkən Moskvanın bu hücumun bilərəkdən olmadığından şübhə etdiyini qeyd edib.

““Bu, planlaşdırılmış təxribata çox bənzəyir”, - Lavrov bildirib.
25-11-2015, 19:09
Вернуться назад