DataLife Engine / Zakir Həsənovun Litva və Latviyaya rəsmi səfəri başlayıb

Zakir Həsənovun Litva və Latviyaya rəsmi səfəri başlayıb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Litva və Latviyayarəsmi səfərə gedib

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Müdafiə naziri iyulun 1-dən 2-dək Litvada və iyulun 2-dən 4-dək Latviyada səfərdə olacaq.

Hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılıb.
1-07-2015, 14:40
Вернуться назад