DataLife Engine / Sarkisyanı görən Uorlik sevincək oldu

Sarkisyanı görən Uorlik sevincək oldu

Amerikalı həmsədr tvit yazdı.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.

Bu barədə Ceyms Uorlik özünün “Twitter” hesabında yazıb.

“Ermənistan prezidentini doğma şəhərim Vaşinqtonda salamlamaqdan çox məmnun oldum. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məsələsini müzakirə edə bildik”, - amerikalı diplomat qeyd edib.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-da səfərdədir. Dövlət başçısı ABŞ senatında görüşlər keçirib.
6-05-2015, 17:47
Вернуться назад