DataLife Engine / İranın müdafiə naziri Bakıya gəlir

İranın müdafiə naziri Bakıya gəlir

Görüşlərdə regiondakı son vəziyyətin muzakirə olunacaq.

Aprelin 20-də İran İslam Respublikasının müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın Azərbaycana işgüzar səfəri başlayır.

Interxeberin Trend-ə istinadən verdiyi məlumata görə, bu səfər Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəsmi dəvəti çərçivəsində baş tutur.

Dehqan bu səfərdə Azərbaycanın yüksək rütbəli hərbi və siyası rəsmiləri ilə görüşlər aparacaq.

Görüşlərdə ikitərəfli munasibətlər, hərbi əməkdaşlıqların genişləndirilməsi, həmçinin regiondakı son vəziyyətin muzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, Zakir Həsənov keçən il aprel ayında İrana rəsmi səfər etmişdi.
20-04-2015, 20:23
Вернуться назад