DataLife Engine / Aəzrbaycan-Türkiyə hərbçiləri Laçında hərbi təlimlərə başlayıb.

Aəzrbaycan-Türkiyə hərbçiləri Laçında hərbi təlimlərə başlayıb.

Laçın rayonunda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başlayıb. Azərbaycan və Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlimlər keçirilir.

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.

Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib.
8-09-2021, 00:00
Вернуться назад