DataLife Engine / AZAL-ın "QARABAĞ" təyyarəsi Füzuli hava limanına endi

AZAL-ın "QARABAĞ" təyyarəsi Füzuli hava limanına endi

Tarixi hadisə: AZAL-ın "QARABAĞ" təyyarəsi Füzuli hava limanına endi

Bu gün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib. Hava limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra etmişdir.

Simvolik məqam ondan ibarətdir ki, həmin təyyarə "QARABAĞ" adını daşıyır (AZAL-ın donanmasında olan təyyarələr Azərbaycanın rayon və şəhərlərinin şərəfinə adlandırılmışdır).

Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılmışdır.

Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil etmişdir.

AZAL-ın "QARABAĞ" təyyarəsi Füzuli hava limanına endi
AZAL-ın "QARABAĞ" təyyarəsi Füzuli hava limanına endi
AZAL-ın "QARABAĞ" təyyarəsi Füzuli hava limanına endi
5-09-2021, 14:14
Вернуться назад