DataLife Engine / Bayden Vaşinqtonda İsrail prezidenti ilə görüşəcək - TARİX AÇIQLANDI

Bayden Vaşinqtonda İsrail prezidenti ilə görüşəcək - TARİX AÇIQLANDI

ABŞ prezidenti Co Bayden 28 iyunda israilli həmkarı Reuven Rivlin ilə Ağ evdə görüşəcək.

AJMEDİA.info xəbər verir ki, bu barədə Ağ evin sözçüsü Cen Psaki adından yayımlanan açıqlamada deyilir.

Qeyd olunub ki, iki prezident bölgənin üzləşdiyi bir çox çətinlikləri müzakirə edəcəklər:

“Rivlinin prezidentlik müddəti başa çatır və bu səfər iki ölkə arasındakı dostluğun möhkəmləndirilməsində onun illər ərzində göstərdiyi fədakarlığa hörmət olacaqdır”-deyə, açıqlamada bildirilib.
21-06-2021, 18:39
Вернуться назад