DataLife Engine / Türkiyə Tacikistana qarşı Qırğızıstana “Bayraktar” satmağa HAZIRDI

Türkiyə Tacikistana qarşı Qırğızıstana “Bayraktar” satmağa HAZIRDI

Türkiyə Tacikistanla hərbi gərginlik yaşayan Qırğızıstana hərbi dəstək verməyə hazır olduğunu bildirib.
Türkiyə KİV-ləri xəbər verir ki, bu barədə adı açıqlanmayan hərbi mənbə məlumat verib.
“Türkiyə Bişkek maraq göstərərsə, ona hərbi yardım verməyə hazırdır”- deyə məlumatda deyilir.
Hərbi yardım çərçivəsində Qırğızıstana reaktiv zenit-raket kompeksləri və “Bayraktar TB2” pilotsuz uçuş aparatları təqdim oluna bilər.
“Tacikistan üçün bu halda vəziyyət çıxılmaz olacaq. Çünki Türkiyə istehsalı olan reaktiv yaylım atəşi sistemləri və pilotsuz təyyarələrə qarşı onlar heç bir müqavimət göstərə bilməzlər”-deyə rusiyalı hərbi ekpset açıqlama verib.
1-05-2021, 15:11
Вернуться назад