DataLife Engine / Türkiyə səfiri: “Ermənilərin işğal dövründə etdikləri insanlığa sığmayan hərəkətdir”

Türkiyə səfiri: “Ermənilərin işğal dövründə etdikləri insanlığa sığmayan hərəkətdir”

“İşğaldan azad edilən ərazilərə gəldikcə Azərbaycanın qazandığı zəfərin böyüklüyünü və önəmini daha yaxından görürəm. Burada gördüklərimiz bizə göstərir ki, ermənilərin məqsədi bu torpaqlarda yaşamaq olmayıb. Onların məqsədi bu torpaqlarda nə varsa hamısını yox etmək olub”.

“Report”un xəbərinə görə, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral martın 6-da Azərbaycandakı xarici diplomatlar və hərbi attaşelərlə birlikdə işğaldan azad olunmuş ərazilərdə səfərdə olarkən deyib.

“Bu, insanlıqdan kənar bir hərəkətdir. Torpaqların azad edilməsindən sonra buraların bərpası ilə bağlı Azərbaycanın görəcəyi işlər var. Bölgədə yeni dövrün başladığını artıq rahatlıqla görə bilirik”, - səfir bildirib.
7-03-2021, 00:18
Вернуться назад