DataLife Engine / İlham Əliyev Zəngilan rayonunun ilk bərpa olunacaq kəndindən danışdı

İlham Əliyev Zəngilan rayonunun ilk bərpa olunacaq kəndindən danışdı

“Zəngilan rayonunda Birinci Ağalı kəndi layihəsi icra ediləcək. Bu gün layihəyə start verilir”.

Bunu Prezident İlham Əliyev işğaldan azad edilmiş Füzuli, Zəngilan, Qubadlı, Laçın və Cəbrayıl rayonlarına etdiyi səfəri zamanı səsləndirib.

Səfərdən olan görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşıb.

Görüntülərdə İ.Əliyevin kənd haqqında fikirləri yer alıb. O bildirib:

“Artıq ilkin araşdırmalar aparılıb. Bu dağılmış Ağalı kəndidir və birinci bərpa olunacaq məhz bu kənddir”.

15-02-2021, 00:05
Вернуться назад