DataLife Engine / İtaliyanın yeni hökumətinin tərkibi açıqlanıb

İtaliyanın yeni hökumətinin tərkibi açıqlanıb

Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Mario Draqi İtaliyanın yeni hökumətinə başçılıq etmək barədə razılıq verib.

TASS xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Prezident Serco Matarella professor Mario Draqi ilə görüşüb. O, yeni hökumətin tərkibini dövlət başçısına təqdim edib və hökumətə başçılıq etmək barədə yekun razılığını verib”, - deyə məlumatda bildirilir.

Öncəki Konte hökumətinin bir sıra nazirləri, məsələn mədəniyyət naziri Dario Françeskini və müdafiə naziri Lorenso Querini yeni tərkibdə də öz vəzifələrini qoruyub saxlayıb. Yeni hökumətin xarici işlər naziri Luici Di Mayo, daxili işlər naziri Luçana Lamorceze, səhiyyə naziri Roberto Speranza olacaq.
13-02-2021, 11:40
Вернуться назад