DataLife Engine / Putin və Makron Qarabağı müzakirə etdi

Putin və Makron Qarabağı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Bu barədə Kremlin saytında məlumat verilib.

Liderlər telefon söhbətində Dağlıq Qarabağ məsələsini müzakirə ediblər.

Vladimir Putin regionda vəziyyətin stabilləşdiyini, üçtərəfli razılaşmanın şərtlərinin yerinə yetirildiyini qeyd edib.

Prezidentlər həmçinin regionda rusiyalı sülhməramlıların fəaliyyətini yüksək qiymətləndiriblər.
23-12-2020, 06:50
Вернуться назад