DataLife Engine / Şeyx: “Ermənistan işğal etdiyi torpaqlarımızda məscidlərimizin mənşəyini dəyişdirib”

Şeyx: “Ermənistan işğal etdiyi torpaqlarımızda məscidlərimizin mənşəyini dəyişdirib”

“Ermənistanın işğal etdiyi torpaqlarımızda çoxlu sayda məscidimiz məhv edilib, onların tarixi mənşəyi dəyişdirilib”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Azərbaycandakı dini konfessiya rəhbərləri ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ermənilər işğal etdiyi torpaqlarda olan kilsələrin də mənşəyini dəyişdirib:

“Azərbaycan haqq yolundadır. Öz torpaqlarını işğaldan azad edir. Hazırda Türkiyə, İran və başqa ölkələr Azərbaycanın haqq işinə öz dəstəklərini nümayiş etdirir”.
16-10-2020, 15:20
Вернуться назад