DataLife Engine / Baş nazir “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin strukturunda dəyişiklik etdi

Baş nazir “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin strukturunda dəyişiklik etdi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 18 nömrəli Qərarında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, Cəmiyyətin strukturunun optimallaşdırılması məqsədi ilə yeni yaradılmış törəmə hüquqi şəxslər “ASCO Nəqliyyat” MMC və “ASCO Mühafizə” MMC “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin strukturuna əlavə edilib.

Həmçinin Cəmiyyət üzrə faktiki fəaliyyət göstərən “ACSC logistics” MMC-nin adı dəyişdirilərək “ASCO Logistics” MMC adlandırılıb.
17-09-2020, 03:28
Вернуться назад