DataLife Engine / Ronald Reyqan Putinə deyərdi: Yenə öz bildiyini edirsən?

Ronald Reyqan Putinə deyərdi: Yenə öz bildiyini edirsən?

17 iyuldan bəri ornitoloqlar demək olar ki, hər gün İrəvanda hava limanının yaxınlığında nəhəng Rusiya İl-76 hərbi nəqliyyat təyyarələrinin Ermənistan ordusu üçün göndərilən silah və sursat yükü ilə enişini izləyirlər.

Ermənistana silah tədarükü barədə medium.com xəbər verib.

Təyyarələr Rusiyadan birbaşa Ermənistana uçmur, bunun üçün Gürcüstan Respublikasından icazə tələb olunur, hansı ki, RF-yə ərazisindən tranzit yükün daşınmasına icazə vermədi. Bunun əvəzinə, rusiyalılar dolama yolla İran ərazisindən Ermənistana yük daşıyıblar.
Bu müntəzəm uçuşlar, Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycanın Tovuz bölgəsində beynəlxalq sərhəd boyunca atəşə tutmağa başlamasından düz beş gün sonra başladı.

Sadə dillə desək, Tovuz bölgəsi 30 ilə yaxındır Ermənistan-Azərbaycan silahlı qarşıdurmasının əsas arenası olan Qarabağ bölgəsindən 300 kilometr məsafədədir. 1990-cı illərin əvvəllərində Ermənistan Rusiyanın köməyi ilə Azərbaycan torpaqlarına soxuldu və bu ölkənin suveren ərazisinin ümumilikdə 20 faizini təşkil edən Dağlıq Qarabağ regionunda və ona bitişik yeddi rayonda etnik təmizləmələr apardı.

Ermənistan qüvvələrinin Azərbaycan ordusunun mövqelərini müntəzəm atəşə tutmasına baxmayaraq, 12 iyul 2020-ci il tarixinə qədər 1994-cü ildə iki ölkənin ordusu arasında atəşkəs rejiminə uyğun olaraq qurulan təmas xəttindən kənar rayonlarda döyüş fəaliyyətləri baş verməyib.

Bəs nə səbəbə Ermənistan ordusu artilleriya ilə Azərbaycanın mövqelərini atəşə tutdu, bu harada və nə zaman baş verdi?

Məlumatlı müşahidəçilərə görə, Ermənistanın 15 azərbaycanlı əsgər və 76 yaşlı mülki şəxsin ölümü ilə nəticələnən hücumu, Qərbə neft və təbii qaz ixracı üçün əsas boru kəmərlərinin cəmləşdiyi və Azərbaycan üçün həyati vacib rayonun həssaslığı barədə xəbərdarlıq olmalı idi.

Azərbaycan nefti və təbii qazı bu boru kəmərləri ilə Türkiyə, İsrail, Balkanlara tədarük olunur, tezliklə isə İtaliyaya, həmçinin Qərbi Avropaya nəql olunacaq. Bu ilin oktyabr ayına qədər yeni qaz kəməri ilə Avropaya qaz tədarükü başlanacaq. Beləliklə, Rusiya təbii qazının uzunmüddətli inhisarına son qoyulacaq ki, bu da valyuta gəlirlərinin və Moskvanın beynəlxalq aləmdəki siyasi nüfuzunun azalmasına səbəb olacaq.

Rusiyanın Ermənistanı silah-sursatla doldurması barədə həyəcan və narahatlıq Azərbaycan prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında baş tutan telefon danışığında gündəmə gətirilib.

V.Putin dərhal RF Müdafiə naziri Sergey Şoyqunu Azərbaycana göndərərək Prezident İlham Əliyevə narahatlıq yaradacaq bir şey olmadığını bildirdi.

S.Şoyqu bəyan edib ki, təyyarələr Ermənistanda Rusiyanın Gümrü bazasına (5000 hərbçi ilə Rusiyanın ən böyük bazası) “genişmiqyaslı tikinti işlərindən” ötrü “tikinti materiallarını” çatdırıb.

Bakıda olduğu müddətdə Şoyqudan bu uçuşların nə səbəbə Rusiyadan Ermənistana birbaşa deyil, dolama yolla Qazaxıstan, Türkmənistan və İran ərazisindən keçməsi soruşuldu.

Yalan nəyə lazımdır? Yük həqiqətən “tikinti materialları” ilə əlaqəli olsaydı, Gürcüstan Respublikası Rusiyadan tranzit haqqı almaq üçün ərazisindən dəmir yolu nəqliyyatına təşviq etməzdimi? Əlbəttə edərdi.

Ancaq ən əhəmiyyətli məlumat budur ki, Rusiya heç vaxt tranzit icazəsi istəməyib, çünki belə bir sorğuda “inşaat materialları” deyil, silah və sursat tapılacaqdı.

Bakı Rusiyanın izahatının qənaətbəxş olmadığını bildirdi.

Silah və sursat tədarükünün səbəbi nədir və Ermənistan bunların pulunu necə ödəyir?

Ermənistan hökumətinin pulu yoxdur. ÜDM-in 1/3-i Rusiya, Fransa və ABŞ-dakı (xüsusən Los-Ancelesdən) ermənilərin pul köçürmələrindən gəlir. Müqayisə üçün, Meksika, ABŞ-dan pul köçürmələri ilə tanınır, hansı ki, ÜDM-in yalnız 2% -ni (COVID-19-dan əvvəl) təşkil etməsinə baxmayaraq bu köçürmələrin həcmi bir neçə milyard dollardır.

Rusiya Ermənistandakı ordu bazasının və aviabazasını kirayəsini ödəyir, bu ölkəyə Rusiyadan raket, top və sursat almaq üçün “kredit” verir. “Kreditlər” heç vaxt geri qaytarılmır. Rusiya sərhədçiləri Ermənistanın Gürcüstan, Azərbaycan, Türkiyə və İranla sərhədlərini qoruyurlar. Rusiya Ermənistanın hava məkanının müdafiəsi ilə məşğuldur, Ermənistandakı Rusiya hərbi bazası elə bunun üçündür. Ermənistan ordusuna Rusiya ordusunun generalı rəhbərlik edir. Hətta 2013-2018-ci illərdə Ermənistanın Los-Ancelesdəki Baş Konsulu Rusiya vətəndaşı, tanınmış rusiyalı “oliqarx” idi.

Azərbaycandan fərqli olaraq, Ermənistan Rusiyanın rəhbərliyində olan və NATO-ya qarşı mövqe tutan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlanan hərbi blokunun üzvüdür.

“Niyə” sualının cavabı özü-özünə açılır. Rusiya bu silah və sursatın köməyi ilə Ermənistanı Azərbaycana qarşı ikinci müharibəyə hazırlayır.

Ermənistan və Amerika lobbisi Ermənistanın 12 iyulda başlatdığı hərbi əməliyyatlarda Azərbaycanı günahlandırır. Bu lobbiyə qarşıdan gələn seçkilərdə erməni fond şirkətləri tərəfindən kifayət qədər bəslənən Adam Şiff, Bred Şerman, Frenk Pallone, Cudy Çu və başqaları kimi konqresmenlər daxildir.

Seçkilərə baxmayaraq, Rusiya tərəfindən “inşaat materialları” olaraq tədarük edilən 500 ton silah və sursat əhəmiyyət daşıyır. Onlar gələn ilin bu dövründə Rusiyanın Avropaya neft və qaz tədarükü inhisarının əhəmiyyətli dərəcədə azalacağı regionda iştirakının genişlənməsinə kömək etməlidir.

Bu, dünyanın ən varlı adamı Vladimir Putinin kapitalını azaldacaq. Vaşinqton bunu nəzərə almalı və buna uyğun davranmalıdır.
4-09-2020, 03:50
Вернуться назад