DataLife Engine / Gürcüstanın Marneuli rayonunun azərbaycanlı meri vəzifəsini tərk edib

Gürcüstanın Marneuli rayonunun azərbaycanlı meri vəzifəsini tərk edib

Gürcüstanda deputatlığa namizəd olan Marneuli rayonunun meri Zaur Darğallı vəzifəsini tərk edib.

“Report”un yerli bürosu xəbər verir ki, buna səbəb bu gündən seçkiöncəsi 60 günlük təbliğat-təşviqat kampaniyasının başlamasıdır.

Merin səlahiyyətlərini onun müavinlərindən biri icra edəcək.

Z.Darğallı bu gündən seçicilərlə görüşlərə start verib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-nə təyin olunub. Z.Darğallı majoritar deputatlıq mandatı uğrunda Marneuli-Qardabani dairəsi üzrə mübarizə aparacaq.
2-09-2020, 05:20
Вернуться назад