DataLife Engine / Vaxtanq Maisaya:“Ermənistan Tovuzdakı hərbi əməliyyatlara hazırlıqlı idi” - MÜSAHİBƏ

Vaxtanq Maisaya:“Ermənistan Tovuzdakı hərbi əməliyyatlara hazırlıqlı idi” - MÜSAHİBƏ

İyul ayında Azərbaycan-Ermənistan sərhədindəki gərginlik birbaşa olaraq Azərbaycandan Gürcüstana, oradan Türkiyəyə qədər uzanan boru kəmərləri ilə əlaqəlidir.

Media.Az-ın da xəbər verdiyi kimi, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun açıqlaması olub.

Erməni tərəfindən vaxtaşırı təxribatlar bu günə qədər də davam edir. Eyni zamanda, ərazinin mürəkkəb relyefini nəzərə alsaq, erməni diversantlarının Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qarşı gizli hərəkətləri genişmiqyaslı döyüşlər olmadan da mümkündür.

“Siz güclü və ayıq olmalısınız”

Bu sözləri Media.Az-a açıqlama verən Ukraynalı analitik Vitali Kryukov deyib.

Öz növbəsində, Gürcüstanın milli təhlükəsizlik məsələləri üzrə mütəxəssisi, siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya Media.Az-a müsahibəsində bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə öz maraqlarını qorumaq gücündədirlər.

Gürcüstan sərhədinin yaxınlığında gərginlik qalmaqdadır. Gürcüstanda bu barədə nə düşünürlər, narahatlıq varmı?

Gürcüstanda, Bakı,Tbilisi və Ankaranı birlikdə inkişaf etdirdiyi enerji layihələrinin kontekstini nəzərə alarqq, son dərəcə narahatdırlar. Azərbaycanın Tovuz rayonu bu magistral yolların qovşağında yerləşir. Mən düşünmürəm ki, gərginlik təsadüfi idi. Əsas elementi Azərbaycandan Gürcüstan və Türkiyə ərazisinə keçən Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) olan “Cənub Qaz Dəhlizi” layihəsi fəal şəkildə inkişaf edir.

Rəqiblər var, misal üçün, TANAP layihəsinin həyata keçirilməsində maraqlı olmayan şimal qonşumuz.

Mən hərbi ekspert olaraq sizin diqqətinizə çatdırmaq istəyirəm ki, Ermənistan dəqiq koordinasiya olunan döyüşlərə hazır idi. İstisna etmirəm ki, 2017-ci ildə yaradılan Ermənistan Silahlı Qüvvələri və Rusiya Federasiyası Silahlı Qüvvələrinin birgə qrupunun potensialından istifadə edilib. Yeri gəlmişkən, işğal olunmuş Abxaziyada bir az əvvəl yaradılan oxşar birləşmiş qrup var. Bir də onu da xatırlatmaq istəyirəm ki, 2019-cu ilin may ayında Rusiyanın Enerji Təhlükəsizliyi Doktrinası qəbul edildi ki, burada çağırışlar, təhdidlər və risklər barədə danışılır. Bütün məsələlər, güc ssenariləri də daxil olmaqla, olduqca aydın şəkildə yazılıb.

Boru kəmərlərində təkcə Azərbaycan deyil, Gürcüstan da maraqlıdır...

Sözsüz ki. Baş verənlərə qarşı reaksiya göstərmək və qorunmaq mexanizmləri var. Gürcüstan, Azərbaycan və Türkiyə infrastrukturu qoruyacaq. Üçtərəfli formatda əsas strateji kommunikasiyaları qorumaq üçün təlimlər keçirilmişdir. Gürcüstanda enerji layihələrinin təhlükəsizliyinin təmin olunması üzrə xüsusi departament var. Gürcüstan və Azərbaycan qurumları arasında sıx əməkdaşlıq qurulub, təhdidlərin yaranmasına cavab verməyi nəzərdə tutan fəaliyyət planı mövcuddur.
26-08-2020, 10:39
Вернуться назад