DataLife Engine / Korrupsiyada ittiham olunan keçmiş ispan kralı ən bahalı oteldə yaşayır

Korrupsiyada ittiham olunan keçmiş ispan kralı ən bahalı oteldə yaşayır

Korrupsiya qalmaqalı ilə İspaniyanı tərk edən keçmiş kral I Xuan Karlos Abu-Dabidə dünyanın ən bahalı otellərindən birinə yerləşib.

“İnterfax” xəbər verir ki, keçmiş monarx İspaniyadan şəxsi təyyarə ilə Birləşmiş Ərəb Əmirliklərinə gedib və lüks “Emirates Palace”də qalır.

Bundan əvvəl mediada 2014-cü ildə taxtdan imtina edən monarxın Portuqaliya və ya Dominikan Respublikasında ola biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.
I Xuan Karlos hazırda İspaniya kralı olan oğlu VI Filippə İspaniyadan ayrılma qərarı barədə avqust ayında məlumat verib.

Yerli mediada yayılan məlumatlara görə, keçmiş kralın 2008-ci ildə Səudiyyə Ərəbistanından İsveçrədəki bir hesaba 100 milyon dollara yaxın pul göndərməkdə əli ola bilər. "İnterfaks" xəbər verir ki , prokurorluq İsveçrədə araşdırmalara başlayıb.

8-08-2020, 03:26
Вернуться назад