DataLife Engine / Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü payızda keçirilə bilər

Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü payızda keçirilə bilər

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsdərləri ilə 3+2 formatında növbəti görüşü payızın əvvəlində keçirilə bilər. Bununla bağlı “RİA Novosti” Rusiya Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib. Onun sözlərinə görə, əgər koronavirus və iki ölkə arasındakı münasibətlərdəki vəziyyət imkan versə, belə bir görüşün baş tutma ehtimalı var. Mənbə bildirib ki, ATƏT-in Minsk Qrupu daxilində hər gün həmsədrlər arasında təmaslar davam edir: “İndi əsas vəzifə Azərbaycanla Ermənistan sərhədində olduqca gərgin olan vəziyyəti stabilləşdirmək və ATƏT-in Minsk Qrupu çərçivəsində diplomatik həll axtarışlarını fəallaşdırmaqdır”. O qeyd edib ki, mümkün görüşün yeri hələ dəqiqləşdirilməyib.
29-07-2020, 03:26
Вернуться назад