DataLife Engine / Qarabağ Azərbaycandır!” şüarı altında Berndən Cenevrəyə yürüş

Qarabağ Azərbaycandır!” şüarı altında Berndən Cenevrəyə yürüş

İsveçrədə Ermənistanın səfirliyinin Berndə deyil, Cenevrədə olması ilə əlaqədar əsgərlərimizə dəstək və son hərbi təxribatlara etiraz aksiyası olaraq, İsveçrənin Bern, Sürix və Soloturn kantonlarında yaşayan diaspor nümayəndələrimiz Cenevrəyə qədər yürüşdə iştirak ediblər.

Bununla bağlı Azərbaycanın İsveçrədəki səfirliyindən məlumat verilib.

Yürüşdə 200-ə qədər diaspor nümayəndəmiz iştirak edib.
Yürüş “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış İsveçrə Konfederasiyasında Azərbaycan diasporunun Koordinasiya şurasının əlaqələndiricisi Əkbər Gəncə tərəfindən təşkil olunmuş və Azərbaycanın Bern şəhərində yerləşən Səfirliyinin mənəvi dəstəyi nəticəsində baş tutub. Tədbirin icazəsi Q.Nəsirov tərəfindən alınıb və o, morderatorluğu həyata keçirib.

Aksiya Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra erməni silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribat zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra yer çıxışlara verilib Həm diaspor nümayəndələri həm də yerli sakinlər tərəfindən müxtəlif dillərdə çıxışlar baş tutub. Şəhər sakinləri ayaq saxlayaraq, tədbir iştirakçılarının tələbləri ilə maraqlanırdılar. Portuqaliya vətəndaşı tədbirdə çıxış edərək BMT Baş Katibi Antonio Quttereşə müraciət edərək, dünya ictimaiyyətini Azərbaycan xalqına dəstək olmağa və BMT Qətnamələrinin yerinə yetirilməsinə çağırıb.

Qarabağ Azərbaycandır!” şüarı altında Berndən Cenevrəyə yürüş
Türkiyəli soydaşlarımıza yürüş barəsində geniş məlumat verilib və onlar da əsgərlərimizə dəstək naminə çox sayda iştirak ediblər.

İsveçrədə keçirilən tədbir Azərbaycan diasporunun daha bir nailiyyəti oldu. Bu tədbir vasitəsi ilə Azərbaycan xalqının və xaricdəki Azərbaycan diasporunun birliyi nümayiş etdirildi.
Qarabağ Azərbaycandır!” şüarı altında Berndən Cenevrəyə yürüş
Qarabağ Azərbaycandır!” şüarı altında Berndən Cenevrəyə yürüş
20-07-2020, 02:47
Вернуться назад