DataLife Engine / Baş nazirdən mühüm qərar

Baş nazirdən mühüm qərar

Azərbaycana tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən minik avtomobilləri gömrük rüsumundan azad edilib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərara əsasən, ölkəyə gətirilən digər avtomobillər üçün 15 faiz gömrük rüsumu qüvvədə saxlanılır.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 7 il müddətində qüvvədədir.
4-02-2020, 16:54
Вернуться назад