Avropa İttifaqı Dağlıq Qarabağda “seçkilər”i tanımayacaq » İnterxəbər.Az
interxeber.az » Siyasət » Avropa İttifaqı Dağlıq Qarabağda “seçkilər”i tanımayacaq


Avropa İttifaqı Dağlıq Qarabağda “seçkilər”i tanımayacaq

1-05-2015, 23:57
Oxunub: 302
Çap et
“Bu prosedurlar danışıqlar prosesinə təsir edə bilməz”.

Avropa İttifaqı (Aİ) bəyan edib ki, tanınmamış Dağlıq Qarabağ Respublikasında keçiriləcək “parlament seçkiləri”nin normativ çərçivələrini tanımır və hesab edir ki, onlar regionun gələcək statusunu müəyyən etməyə kömək etməyəcək.

Interxəbər xəbər verir ki, bu barədə Aİ-nin bəyanatında deyilir.

“Mayın 3-də Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri” ilə bağlı bildiririk ki, Avropa İttifaqı onların keçirildiyi normativ çərçivələri tanımayacaq. Bu prosedurlar Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsi və danışıqlar prosesinə təsir edə bilməyəcək”, - bəyanatda deyilir.

Aİ qeyd edib ki, ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin münaqişənin həlli ilə bağlı səylərini dəstəkləyir.

“Aİ münaqişənin sülh yolu ilə həllinə istiqamətlənmiş dəstəyi ilə bağlı digər səylər göstərməyə hazırdır”, - sənəddə deyilir.
Reytinq: