Dövlət Gömrük Komitəsindən Əraziyə keçən yük maşınlarından vergi alınması barəsində rəsmi açıqlama gəlib. » İnterxəbər.Az
interxeber.az » Siyasət » Dövlət Gömrük Komitəsindən Əraziyə keçən yük maşınlarından vergi alınması barəsində rəsmi açıqlama gəlib.


Dövlət Gömrük Komitəsindən Əraziyə keçən yük maşınlarından vergi alınması barəsində rəsmi açıqlama gəlib.

13-09-2021, 16:30
Oxunub: 90
Çap et
Dövlət Gömrük Komitəsindən Əraziyə keçən yük maşınlarından vergi alınması barəsində rəsmi açıqlama gəlib.

Açıqlamaya əsasən:

Azərbaycan Respublikasının ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı ötən gün bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir. Bu məcəlləyə əsasən avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir. Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.
Reytinq: