Rəsmi Moskva Ukraynanın NATO ilə bağlı istəklərini potensial təhlükə hesab edir » İnterxəbər.Az
interxeber.az » Siyasət » Rəsmi Moskva Ukraynanın NATO ilə bağlı istəklərini potensial təhlükə hesab edir


Rəsmi Moskva Ukraynanın NATO ilə bağlı istəklərini potensial təhlükə hesab edir

2-09-2021, 17:37
Oxunub: 396
Çap et
Moskva Ukraynanın Avroatlantik istəklərini təhlükəsizliyi üçün potensial təhdid olaraq dəyərləndirir.

SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski Şimali Atlantika İttifaqına qoşulmaqda israrlıdır, halbuki belə bir addımı ölkə "əhalisinin ən azı yarısı" dəstəkləmir.

Peskovun sözlərinə görə, Vaşinqton da eyni zamanda Kiyevin NATO-ya üzv olmaq istəyinə müsbət cavab verir.

"Bu, bizim üçün potensial olaraq çox təhlükəlidir, çünki NATO bununla hərbi infrastrukturunu sərhədlərimizə gətirməyə davam edəcək. Bu, vəziyyəti tarazlaşdırmaq və sərhədlərimizin təhlükəsizliyini yüz faiz təmin etmək üçün bəzi əks tədbirlərin görülməsini tələb edəcək bir məsələdir", Peskov deyib.

Peskov eyni zamanda qeyd edib ki, ABŞ və Ukrayna özləri üçün deyil, Rusiyaya qarşı dostluq edir, bu isə sadəcə təəssüf hissi doğurur.
Reytinq: