İrandan Qafan-Gorus yolu ilə bağlı BƏYANAT

"Rəsmi Tehran Sünik əyalətinin sərhəd bölgələrində, xüsusən də Qafan-Gorus yolunda mübahisələrin yolların açılması məqsədinin pozulmayacağı şəkildə həll ediləcəyinə ümid edir".

"Armenpress" xəbər verir ki, bunu Ermənistan informasiya agentliyinin sorğusuna cavab olaraq İran İslam Respublikasının Ermənistandakı səfirliyi bildirib.

İran səfirliyi bildirib ki, Ermənistanla Azərbaycan arasında demarkasiya məsələsi gündəmdə olduğu üçün İran, tərəflərin təcili olaraq qarşılıqlı məqbul bir həll tapacaqlarına ümidvardır və bu həll Ermənistanla qonşuları arasında münasibətlərin normal inkişafını minimum xərclərlə təmin edəcək.

Diplomatik missiya regionda kommunikasiyaların açılması və blokadadan çıxarılması məsələsinin Ermənistan-Rusiya-Azərbaycan üçtərəfli bəyanatlarının əsas məqamlarından biri olduğunu xatırladıb.

Tehran ümid edir ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası ilə bağlı fikir ayrılıqları sülh şəraitində, rabitə kanallarında heç bir gərginlik və fasilə olmadan həll olunacaq. "Ümidvarıq ki, tərəflər Sünik əyalətinin sərhəd bölgələrində, xüsusən də Qafan-Gorus yolundakı son mübahisələri həll edəcəklər ki, nəqliyyat marşrutlarının açılması və blokadadan çıxarılması məqsədinin həyata keçirilməsi pozulmasın.

Təəssüf ki, son iki gündə Sünik əyalətində baş verən hadisələr ucbatından bu yolda nəqliyyatın hərəkətinin pozulduğunun şahidi olduq ki, bu da təkcə erməni əhalisinin normal yaşaması üçün deyil, İran mallarının Ermənistana daşınması üçün də problemlər yaradıb. Bu yolun 21 kilometrlik hissəsindəki vəziyyətin mürəkkəbliyi ucbatından, tərəflərdən normal ünsiyyət, nəqliyyatın hərəkətinin təmin edilməsi üçün bu mövzuda dəqiq bir konkret vəziyyət əldə olunana qədər yaxşı qonşuluq prinsipi çərçivəsində səy göstərmələri tələb olunur.

Buna görə də biz hələ də ümid edirik ki, Ermənistanla Azərbaycan arasında demarkasiya məsələsindəki fikir ayrılıqları sülh şəraitində, heç bir gərginlik və ya əlaqə pozulmadan həll ediləcək ”, - deyə İran səfirliyinin cavab məktubunda deyilir.

Normal ünsiyyətin təmin olunmasının vacibliyinə gəlincə, İran tərəfi hər zaman Ermənistanın səlahiyyətli orqanlarına öz fikrini bildirdiyini vurğulayır.

"Ümidvarıq ki, Qafan-Gorus marşrutunun istismarı ilə bağlı mübahisələrin həlli üçün davam edən danışıqlara paralel olaraq, həm Ermənistan vətəndaşları, həm də Ermənistan ticarət əlaqələrimiz üçün şərtlərin normallaşması naminə alternativ yolların təkmilləşdirilməsi və inkişafı istiqamətində işlər sürətləndiriləcəkdir”, - İran səfirliyi bildirib.

Son xəbərlər

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Tramp Putinlə münasibətindən danışıb

NATO baş katibinin Azərbaycana səfəri başlayıb - FOTO

Tramp: “Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək”

Bütün xəbərlər