Dünya ölkələrini köməyə çağıran Myanmarın BMT-dəki nümayəndəsi vəzifəsindən kənarlaşdırıldı » İnterxəbər.Az
interxeber.az » Siyasət » Dünya ölkələrini köməyə çağıran Myanmarın BMT-dəki nümayəndəsi vəzifəsindən kənarlaşdırıldı


Dünya ölkələrini köməyə çağıran Myanmarın BMT-dəki nümayəndəsi vəzifəsindən kənarlaşdırıldı

28-02-2021, 00:04
Oxunub: 335
Çap et
Myanmarın BMT-dəki daimi nümayəndəsi Çjo Mo Tun ölkədə hakimiyyəti ələ keçirən ordunun qeyri-qanuni hərəkətlərindən beynəlxalq təşkilata müraciət etdiyi üçün vəzifəsindən kənarlaşdırılıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Myanmarın BMT-dəki nümayəndəsi Assambleyanın iclasında çıxış edərək ölkə lideri Aun San Su Çji hökumətini təmsil etdiyini və dünya ictimaiyyətini ordunun hərəkətlərini pisləməyi xahiş edib.

O, həmçinin BMT-ni ölkələrini dinc nümayişçilərə qarşı güc tətbiq edən təhlükəsizlik qüvvələrini dayandırmaq üçün mümkün olan ən qətiyyətli addımı atmağa çağırıb.

Xatırladaq ki, Myanmarda dövlət çevrilişi olub, fövqəladə vəziyyət elan edilib. Hərbçilər prezidentin və dövlət müşavirinin saxlanılmasından sonra ölkədə bir illik fövqəladə vəziyyət rejimi elan ediblər.
Reytinq: