Azərbaycanla Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun videokonfrans formatında üçüncü iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, iclasda hər iki ölkənin səfirləri, aidiyyəti qurumların nümayəndələri, o cümlədən Azərbaycanın Xarici İşlər və Səhiyyə nazirliklərinin, Dövlət Neft Şirkətinin və Qida Təhlükəsizliyi Agentliyinin təmsilçiləri iştirak edib.

İqtisadiyyat nazirinin müavini, Birgə İşçi Qrupunun həmsədri Rövşən Nəcəf Azərbaycan və Pakistan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Nazir müavini təcavüzkar Ermənistan silahlı birləşmələrinin sentyabrın 27-dən başlayan növbəti hərbi təxribatları barədə məlumat verib, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun böyük qələbə qazandığını vurğulayıb.
Bildirilib ki, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı Pakistanın birmənalı və qəti mövqeyi, hər zaman Azərbaycana dəstək olması və həmrəylik nümayiş etdirməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Qeyd edilib ki, işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi regional və beynəlxalq əməkdaşlığı daha da gücləndirəcək, Qarabağ regionuna investisiya qoyuluşu imkanlarını daha da artıracaq.

Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin genişləndiyini vurğulayan nazir müavini ölkəmizdə 2085 Pakistan şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb, dost və qardaş Pakistan iş adamlarını Azərbaycan sənaye parklarında yaradılmış əlverişli imkanlardan yararlanmağa, kənd təsərrüfatı, yüngül sənaye, əczaçılıq, turizm və s. sahələrə investisiya yatırmağa dəvət edib.

İclasda Azərbaycan iqtisadiyyatı, koronavirus pandemiyası ilə mübarizə tədbirləri barədə məlumat verilib, ölkəmizin nəqliyyat-tranzit imkanları, ixrac potensialı vurğulanıb.

Pakistanın Ticarət katibi, Birgə İşçi Qrupunun həmsədri Məhəmməd Sualeh Faruqi qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini bildirib, tərəfdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.

İclasda əməkdaşlıq istiqamətləri üzrə bir sıra təkliflər irəli sürülüb, qarşılıqlı investisiya qoyuluşlarının intensivləşdirilməsi və ticarət dövriyyəsi həcminin artırılması üçün virtual biznes forumların keçirilməsi, hər iki ölkədə keçiriləcək işgüzar tədbirlərdə iştirak, investisiyanın təşviqi qurumlarının rəhbərliyi ilə investisiya əməkdaşlığı üzrə işçi qrupunun yaradılması, Pakistanda “Azərbaycan Ticarət Evi”nin açılması imkanlarının araşdırılması, qida təhlükəsizliyi və ticarət sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi, tekstil, əczaçılıq və enerji sektorunda sərmayələrin yatırılması, habelə kiçik və orta biznes dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib.

Pakistanla Qarabağ regionuna investisiya qoyuluşu müzakirə edilib - FOTO

Son xəbərlər

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Tramp Putinlə münasibətindən danışıb

NATO baş katibinin Azərbaycana səfəri başlayıb - FOTO

Bütün xəbərlər