Perunun ən nüfuzlu mətbu orqanlarından olan “La República” qəzetində Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın Baş naziri tərəfindən Ermənistanla Azərbaycan arasında atəşkəs təsis edilməsi üzrə imzalanmış birgə bəyanat haqda bu ölkədəki səfirimiz Məmməd Talıbovun müsahibəsi dərc olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, müsahibədə razılaşmanın əldə olunmasında Rusiyanın vasitəçiliyi və Türkiyənin əhəmiyyətli rolunu qeyd edən səfir bəyanatın tələblərinə əsasən Ermənistan ordusunun Azərbaycanın işğalda qalan ərazilərindən çıxarıldığını, razılaşmanın tələblərinə əməl edilməsinə nəzarət məqsədilə bölgədə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini, habelə Rusiya və Türkiyənin iştirakı ilə birgə monitorinq mərkəzinin yaradılacağını məlumat verib.

O bildirib ki, bəyanatın tələblərindən irəli gələrək, 1991-94-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonunun, ümumilikdə ölkə ərazisinin beşdə birinin Ermənistan tərəfindən işğalı zamanı bu ərazilərdən qovulmuş bir milyona yaxın azərbaycanlı məcburi köçkünün qarşıdakı vaxtlarda öz torpaqlarına qaytarılması nəzərdə tutulur.

Azərbaycan tərəfinin itkilərinə dair sualla bağlı səfir hərbi əməliyyatlar dövründə münaqişə zonasından kənarda yerləşən, sıx məskunlaşmış şəhər və kəndlərimizin, o cümlədən ölkənin ikinci ən böyük şəhəri olan Gəncənin dəfələrlə Ermənistan tərəfindən ballistik raket zərbələrinə məruz qaldığını, bu hücumlar zamanı 94 nəfər mülki şəxsin həlak olduğunu, 400 nəfərdən çox insanınsa yaralandığını məlumat verib.

Bölgənin gələcəyi ilə bağlı Azərbaycan tərəfinin gözləntilərinə dair suala münasibətdə səfir Ermənistanda təcavüzkar və qisasçı məqsədlər güdən, azərbaycanlılara qarşı nifrəti təbliğ edən deyil, barışıq tərəfdarı olan və bu düşmənliyə son qoyulmasını dəstəkləyən siyasətin üstünlük təşkil edəcəyinə ümidvar olduğumuzu bildirib. Azərbaycanda ermənilərə qarşı kin bəslənilmədiyini deyən diplomat bu gün ölkəmizdə on minlərlə erməninin yaşadığını, Dağlıq Qarabağdakı ermənilərin də Azərbaycan vətəndaşı olduğunu və bu insanların Azərbaycan qanunlarına hörmət etmək şərtilə burada yaşamaqda davam edə biləcəyini söyləyib.

Son xəbərlər

Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq

Ərdoğan: “Fələstin-İsrail qarşıdurması bütün bölgəyə yayıla bilər”

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Bütün xəbərlər