Yaşadığımız hər anımızda, hər günümüzdə yaşatdıq səni, Şuşa! Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu sənsiz keçən 28 ilin hər gününün, saatının qisasını aldı! İllərdir həsrətini çəkən övladlarına qovuşdun, Şuşamız. Düşmən tapdağı altında inləyən sinəndə addımlayan müzəffər ordumuzun məğrur addımlarının sevincini nəhayət ki, 28 il sonra yaşadın.

Şuşa Azərbaycanın öz qədim tarixi və zəngin mədəni irsi ilə dünyada məşhur olan və ulu babalarımızdan bizə miras qalan möhtəşəm şəhərdir. Yaxın tarixə nəzər salsaq görərik ki, 1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etməsi haqqında” qərar qəbul edilib. Həmin illər Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev-muzeyləri təşkil olunub, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılıb.

Cənab Ali Baş Komandanımızın qələbə müjdəsini xalqımızın qürur və əzəmət simvolu olan “Şəhidlər Xiyabanı”ndan çatdırması, ümumilli liderimiz Heydər Əliyevin məzarını ziyarət edərək onun vəsiyyətini şərəflə yerinə yetirdiyini bildirməsi millətimizin şərəf tarixinə qızıl hərflərlə həkk olundu. Qədim mədəniyyət və tarixi ocağımızı düşmən tapdağından azad etməklə mədəni irsimizi və dəyərlərimizi riyakar düşməndən geri almış olduq.

İşğaldan azad olunan hər qarış torpaqlarımızda erməni riyakarlığının, vandalizminin şahidi oluruq. Dünyanı “güclü erməni ordusu” mifi ilə inandırmağa çalışan cinayətkar hərbi və siyasi rəhbərlik, eyni zamanda tarixi saxtalaşdırmaq cəhdləri ilə Qarabağın tarixən Azərbaycana aid olmasını əks etdirən tarixi abidələrimizi dağıtmış və öz cinayətkar niyyətlərini əməlləri ilə bir daha nümayiş etdiriblər. Müzəffər Azərbaycan ordusu düşmən tərəfindən törədilən hər bir cinayət və riyakarlığın qisasını döyüş meydanında əldə olunan nailiyyət və qələbə müjdələri ilə alır!

Xocalıda insanlıq tarixinə qara ləkə hesab olunan soyqırım törədərək bu dəhşət dolu cinayəti toy-büsat edən “erməni milli qəhrəmanları” qətiyyətli və güclü Azərbaycan ordusunun qisasına tab gətirə bilmirlər. Dünyaya yenicə göz açmış körpələrimizin, qadınlarımızın, ahıllarımızın və gələcəyimiz olan yeniyetmələrin soyqırımını törədən qatillər hazırda layiqli cavablarını almaqdadırlar. Ağrı-acılarla dolu qaçqın və məcburi köçkün həyatı sürən insanlarımızın bu gün üzü gülür, xoşbəxtdirlər, çünki torpaqlarına qayıdacaqlar. Babalarının ruhlarına qovuşacaqları günü səbirsizliklə gözləyən qaçqın və məcburi köçkünlərin dünyaya sığmayan sevinci Cənab Ali Baş Komandanımızın Azərbaycan xalqına unudulmaz töhfəsidir.

Müzəffər Ordumuzun Şuşa qələbəsi Azərbaycan Ordusunun gücünü, əzmini, qətiyyət və iradəsini, uğurlu hərbi komandanlıq və idarəetməsini, sahib olduğu bütün maddi və mənəvi üstünlükləri dünyaya bir daha sübut etdi. Cənab Ali Baş Komandanımızın Qarabağ və ətraf bölgələrin işğaldan azad edilməsi əməliyyatı başlayarkən Türkiyə mediasına verdiyi müsahibələrin birində “Şuşa azad edilmədən bu əməliyyat tamamlanmış sayılmaz, yarımçıq qalar” - söyləməsi bu qələbəyə olan ümidlərimizi və əminliyimizi bir daha artırdı.

Təbii coğrafi şərait və relyefin müharibə şəraitində çox önəmli amil olduğu hər kəsə bəllidir. Daha çox dağlıq ərazilər, meşələrlə zəngin olan Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun qarşısında duran ən məsuliyyətli, ən çətin və həlledici vəzifələrdən və ən şərəfli döyüş tapşırıqlarından biri idi. Cinayətkar erməni hərbi və siyasi rəhbərliyinin yarıtmaz ordusunun məğlubiyyəti artıq növbəti “dirənc planları”nın qırılmasına səbəb oldu. Mürəkkəb coğrafi relyef, dağ şəraitində təbii istehkamların çoxluğu belə Ermənistan ordusunun müdafiə və hücum planlarının puç olmasına kömək etmədi.

Artıq Ermənistan hərbi və siyasi rəhbərliyinin məğlub və böhran vəziyyəti nəinki öz xalqına, eyni zamanda bütün dünyaya məlumdur. Şuşanın azad edilməsi uğrunda döyüşlər zamanı separatçı rejimin başçısı Araik Arutunyanın saxtalaşdırdığı erməni tarixi ilə Şuşanı ermənilərin simvolu, döyünən ürəyi adlandırması, bütün dünyada yaşayan erməniləri Şuşanın müdafiəsinə çağırması bu məğlubiyyətin onların sonu olduğunu açıq şəkildə sübut edir.

Ermənistan hərbi və siyasi rəhbərliyinin PKK terrorçuları ilə müttəfiqlik edərək hərbi cinayətlər törətməsi artıq bütün dünyaya məlumdur və yetərli qədər də sübutlar var. Bu əməkdaşlıq da onlara öz riyakar məqsədlərini həyata keçirtmək üçün heç bir nailiyyət qazandırmadı. PKK terrorçularının strategiya və taktikasına güvənən erməni ordusu Azərbaycan Ordusunun gücü və əzmi qarşısında aciz qaldı!

Arıtq ölkəmiz, xalqımız hər zaman arzusunda olduğu Şuşalı, Qarabağlı günlərə doğru böyük ümid və sevinclə addımlayır. Erməni vandalizminin qurbanına çevrilmiş tarixi, mədəni abidələrimizin, torpaqlarımızın həqiqi sahibləri bütün gücü və əzmi ilə yeni və çiçəklənən həyatın başlanğıc mərhələsindədir.

“Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir” - Ali Baş Komandan İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər onun rəhbərliyi və müvafiq tapşırıqları ilə artıq işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat və inkişaf strategiyasının qurulmasından xəbər verir. Əminik ki, ölkəmizin dayanıqlı inkişaf tempi, region və dünyada strateji, iqtisadi əhəmiyyəti, beynəlxalq nüfuzu sayəsində işğaldan azad edilmiş torpaqlarımızda ən qısa zamanda bütün sahələrdə, uğurla icra olunacaq inkişaf strategiyası və nailiyyətlər əldə olunacaq. Cənab Ali Baş Komandanın xalqımıza olan hər bir müraciəti bizi uğurlu və İlhamlı sabahlara ümidləndirir, yetişməkdə olan sağlam nəsillərin bu şərəfli tariximizi daim qoruyub saxlayacağı inamını artırır!
Şuşa - keçmişimizi və gələcəyimizi birləşdirən irs körpümüz - FOTO

Yaşasın Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu!!!
Qarabağ Azərbaycandır !

Şuşa - keçmişimizi və gələcəyimizi birləşdirən irs körpümüz - FOTO
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev

Son xəbərlər

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Tramp Putinlə münasibətindən danışıb

NATO baş katibinin Azərbaycana səfəri başlayıb - FOTO

Tramp: “Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək”

Bütün xəbərlər