Şeyx: “Ermənistan işğal etdiyi torpaqlarımızda məscidlərimizin mənşəyini dəyişdirib” » İnterxəbər.Az
interxeber.az » Siyasət » Şeyx: “Ermənistan işğal etdiyi torpaqlarımızda məscidlərimizin mənşəyini dəyişdirib”


Şeyx: “Ermənistan işğal etdiyi torpaqlarımızda məscidlərimizin mənşəyini dəyişdirib”

16-10-2020, 15:20
Oxunub: 252
Çap et
“Ermənistanın işğal etdiyi torpaqlarımızda çoxlu sayda məscidimiz məhv edilib, onların tarixi mənşəyi dəyişdirilib”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Azərbaycandakı dini konfessiya rəhbərləri ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ermənilər işğal etdiyi torpaqlarda olan kilsələrin də mənşəyini dəyişdirib:

“Azərbaycan haqq yolundadır. Öz torpaqlarını işğaldan azad edir. Hazırda Türkiyə, İran və başqa ölkələr Azərbaycanın haqq işinə öz dəstəklərini nümayiş etdirir”.
Reytinq: