Ermənistanın sentyabrın 27-dən etibarən ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribatlarla bağlı son vəziyyət ABŞ-ın geniş izləyici kütləsinə malik Con Batçelor Şou radio proqramında işıqlandırılıb. Müsahibə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və Corctaun Universitetinin professoru, Demokratiyaların Müdafiəsi Fondunun tədqiqatçısı Brenda Şefferlə baş tutub.

AZƏRTAC xəbər verir ki, aparıcı C.Batçelor illərdir Ermənistan tərəfindən işğal altında olan Azərbaycan ərazilərində son günlərdə müşahidə olunan gərginliklə bağlı sual ünvanlayaraq son vəziyyətlə maraqlanıb.

S.Süleymanov cari ilin iyul ayından etibarən Ermənistanın Azərbaycana qarşı davamlı hərbi təxribatlar həyata keçirdiyini bildirərək iyulda törədilən təxribatın Ermənistan-Azərbaycan beynəlxalq sərhədi boyunca baş tutduğunu, hazırkı hücumun isə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqları ilə təmas xəttində baş verdiyini qeyd edib. Mülki əhalinin məskunlaşdığı ərazilərin bombalanması nəticəsində dinc sakinlərin qətlə yetirildiyi və yaralıların olduğu bildirilib. Səfir hazırlıqlı olan Azərbaycan hərbi qüvvələrinin Ermənistanın bu hücumunu uğurla dəf etdiyini və bir sıra işğal altında olan əraziləri düşmən əsarətindən azad etdiyini dilə gətirib.

O, xüsusilə qeyd edib ki, hazırda bütün əməliyyatlar Azərbaycanın beynəlxalq tanınmış suveren ərazilərində, Azərbaycan sərhədlərinin daxilində həyata keçirilir və bu münaqişədən ən çox əziyyət çəkən də Azərbaycan xalqı olub. Aparıcı C.Batçelorun ölkəmizə səfəri zamanı Tərtərdə gedən inkişafın, infrastrukturun şahidi olduğunu, hazırda isə həmin ərazilərin Ermənistan tərəfindən artilleriya atəşinə tutulduğunu və dağıntılara məruz qaldığını bildirib.

E.Süleymanov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında ölkəmizin Ermənistan ərazisində heç bir hərbi məqsədinin olmadığını, Azərbaycanın yeganə məqsədinin ölkəmizin və xalqımızın müdafiəsi və mühafizəsi olduğunu qeyd edib.

Ermənistanın hərbi təxribatlarının regional və beynəlxalq nəticələrinin müzakirəsi zamanı professor B.Şeffer regionda yerləşən Rusiyanın Ermənistanda iki hərbi bazasının olduğunu, bu ölkənin hava məkanına nəzarət etdiyini bildirib. Həmçinin Ermənistanla yaxın əlaqələrə malik İranın Rusiya və Ermənistanla birlikdə regionda Azərbaycan və Türkiyəyə, dolayısı yolla isə İsrailə qarşı olduğunu bildirib. İyul ayında Ermənistan tərəfindən törədilən təxribatın regionun əsas enerji və infrastruktur layihələrinə yaxın baş verdiyinə də diqqət çəkib.

ABŞ Dövlət Departamentinin bəyanatında tərəflərin əməliyyatları dayandırmağa və danışıqlar masasında geri dönməyə çağırdığını, ABŞ Prezidenti və bir sıra digər ölkə rəhbərlərinin, o cümlədən BMT-nin Baş katibinin tərəfləri sülh danışıqlarına dəvət etdiyini xatırladan səfir Azərbaycanın hər zaman substantiv danışıqlar tərəfdarı olduğunu, hər iki ölkə üçün müsbət nəticələrin əldə olunması məqsədilə Ermənistanı bu danışıqlarda irəliləməyə dəvət etdiyini bildirib. Əksinə, Ermənistanın davamlı olaraq sülhü rədd etdiyi, bu ölkə rəhbərliyinin açıq şəkildə danışıqları istəmədiyini bildirməsini və danışıqlar üçün əsas təşkil edən Madrid prinsiplərini rədd etdiyini bildirib. Səfir deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan öz həyat yoldaşı Ana Hakopyanı Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimə göndərib, o isə azərbaycanlı uşaqların həlak olduğu kəndlərə silah tuşlayaraq insanları müharibəyə həvəsləndirib. Hazırda isə həmin ərazilərdə hər iki tərəfdən insanların yaralanması və həlak olması müşahidə olunur. Səfir Ermənistanın bu işğalın daimi olmayacağını anlayacağına ümid etdiyini bildirib.

Müsahibənin tam versiyası ilə https://audioboom.com/posts/7693428-catastrophe-in-the-south-caucasus-as-armenia-shells-and-murders-azerbaijan-civilians-elinsuleym internet səhifəsindən tanış olmaq mümkündür.

Eyni zamanda səfir E.Süleymanov ABŞ-ın ən geniş izləyici auditoriyasına malik olan “FOX News” xəbər agentliyinə müsahibə verərək Ermənistanın bu təxribatının gözlənilməz olmadığını, eləcə də erməni rəsmilərin davamlı olaraq sülh danışıqlarından imtina etdiyini vurğulayıb. Müsahibə ilə https://www.foxnews.com/world/armenia-azerbaijan-clashes-us-international-community-intervene internet səhifəsindən tanış olmaq mümkündür.

Son xəbərlər

Məmur özbaşnalığı

Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq

Ərdoğan: “Fələstin-İsrail qarşıdurması bütün bölgəyə yayıla bilər”

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Bütün xəbərlər