Parisdəki "Şarl Hebdo" satirik jurnalına hücumun real olmaması, əslində ssenari əsasında qurulan oyun olması haqqında söz-söhbət səngimək bilmir.

ANS PRESS-in məlumatına görə, dünya mətbuatı isə durmadan bu ssenarinin səhvlərini üzə çıxarır. İnsanların Fransa hadisələrindən şübhələnməsinə bir neçə amil səbəb olub.

Belə ki, hücum baş verən ilkin anlarda haqqında danışlan 12 ölü və 20 yaralı gözə dəymirdi. Bundan başqa, 32 zərərçəkəni daşımaq üçün sadəcə 2 xərək gətirildi. İnsanlar bunu ABŞ-dakı 11 sentyabr hadisələri ilə müqayisə etdilər. Çünki Amerikada da "Əkiz qüllələr"in partladılması zamanı ölənlərin siyahısı açıqlanandan bir müddət sonra onların əksəriyyətinin sağ olduğu məlum oldu. Nəticədə bu rüsvayçılıqdan sonra "zərərçəkənlərin" siyahısı məxfiləşdirildi.

Gələn xərəklərin birində aparılan adam isə tamamilə çılpaq idi və onun başında "2" rəqəmi yazılmışdı. KİV nümyəndələri bunun əslində morqdan götürülən və kimliyi müəyyən edilə bilməyən bir meyit olduğunu bildirirlər.

Fransa prezidenti Fransua Ollandın hücumdan qısa müddət sonra (bəzi KİV-lər 10 dəqiqə, bəziləri yarım saat bildirir) hadisə yerində olması isə şübhələri lap artırdı. Halbuki "Xəbərlər"də Ollandın hadisə yerinə bir neçə saat sonra gəldiyi deyilirdi. Bundan başqa, təhlükəsizlik protokoluna əsasən, ölkənin birinci adamlarının hadisə baş verən təhlükəli yerlərə gəlməsi qadağandır.

Həmçinin redaksiyaya hücum edənin maşında öz şəxsiyyət vəsiqəsini qoyması, binaya çöldən atəş açmaları da şübhələri artırır. Sanki onlar içəridkiləri gələcəkləri haqda xəbərdar edirlər.

Maraqlı məqamlardan biri isə odur ki, "Şarl Hebdo" jurnalının 2014-cü il dekabr saylarından birində terror haqqında bir karikatura nəşr edilmişdi. Karikaturada "Fransada hələ terror hücumları olmayıb? - Gözləyin, bizim hələ yanvarın sonunadək vaxtımız var", - kimi ifadələr işlədilir.

Daha bir maraqlı məqam bu görüntüləri çəkən şəxslə bağlıdır. Belə ki, həmin şəxs "Haarets" (haaretz.com) qəzetinin müxbiridir və o, "Şarli Hebdo" ilə də əməkdaşlıq edir.

Bir çoxları polisin ölümünün də saxta olduğunu iddia edir. Belə ki, görüntülərdə silahlı şəxsin polisin başının üstündən atəş açdığı görünür. Bundan başqa, başdan açılan atəş nəticəsində adamın ətrafında qanın olmaması da hücumun reallığını şübhə altına alır.

Hadisə haqqında 2 video yayılıb. Bəzi KİV-lər bunlardan birində montaj əlamətlərinin olduğunu bildiriblər. İnternetdə də polisin öldürülməsini göstərən iki video yayılmışdı. Lakin sonradan internetdə yalnız ikinci - "haaretz.com" müxbirinin çəkdiyi kəsintili video saxlanılıb. İlkin versiyada - kəsintisiz çəkilən video isə saxlanılmayıb. Həmin video yalnız bəzi proqramların tərkibində göstərilə bilir.

Müqayisə üçün polisn vurulması əks olunan həmin videoları sizə təqdim edirik:



Parisdəki terror qurma imiş? (VİDEO,FOTO)
Parisdəki terror qurma imiş? (VİDEO,FOTO)
Parisdəki terror qurma imiş? (VİDEO,FOTO)
Parisdəki terror qurma imiş? (VİDEO,FOTO)

anspress

Son xəbərlər

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Tramp Putinlə münasibətindən danışıb

NATO baş katibinin Azərbaycana səfəri başlayıb - FOTO

Bütün xəbərlər