Tanınmış vəkil Adəm Məmmədov Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) Nürəddin Mustafayevin işdən çıxarılmasının səbəbini açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə o, “Facebook” hesabında yazıb:

“Belə ki, yaxından tanıdığım İsmayıl Kəngərli adlı vəkil general rütbəli Baş idarə rəisi Nürəddin Mustafayevlə apardığı danışıqları xüsusi vasitə ilə qeydə alıb. Vəkil ilə general arasında “Hafka” ləqəbli Hafiz Məmmədov adlı iş adamının tələbkar olduğu qətnamənin icrası ilə bağlı müzakirələri olub. Həmin müzakirədə Baş idarə rəisi icra sənədinin icrası ilə əlaqədar 100 min manat pul almasına baxmayaraq, nə qətnaməni icra etmir, nə də pulu geri qaytarırmış. Bu danışıqlar vəkil İsmayıl Kəngərli tərəfindən qeydə alındıqdan sonra diskə köçürdərək şikayət ərizəsilə birlikdə Prezident Administrasiyasına göndərilib. General və vəkil arasında olan səs yazısı böyük səs-küyə səbəb olub.

Vəkil İsmayıl Kəngərli bir müddət bundan əvvəl analoji üsulla Korrupsiyaya qarşı Mübarizə İdarəsinin bir prokurorun cinayət məsuliyyətinə cəlb edilməsinə, eyni zamanda həmin idarənin bir müstəntiqinin isə vəzifədən azad olunmasına nail olub.

Nürəddin Mustafayevin rütbəsi general olmasına baxmayaraq, nədənsə mətbuat onun rütbəsini baş ədliyyə müşaviri (polkovnik) kimi təqdim edir”.

Vəkil İsmayıl Kəngərli isə Adəm Məmmədovun ittihamlarına belə cavab verib:

"Azərbaycanın "məşhur" vəkili sayılan Adəm Məmmədov mənim adımdan həqiqətə uyğun olmayan məlumatları yayaraq mənim şərəf və ləyaqətimə, işgüzar nüfuzuma ləkə vurmaqla qərəzli məlumatlar yayır. Vəkillər Kollegiyasının sədri Anar Bağırovdan xahiş edirəm, hazırıkı bu statusu rəsmi müraciət kimi qəbul edərək bu tipli qərəzli məlumat yayan vəkil barəsində intizam icraatını başlayasınız".

Daha sonra Adəm Məmmədov statusunu silib.

General rüşvətə görə işdən çıxarılıb? - FOTO

Son xəbərlər

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Tramp Putinlə münasibətindən danışıb

NATO baş katibinin Azərbaycana səfəri başlayıb - FOTO

Bütün xəbərlər