Avqustun 11-də Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovu eyni vaxtda qəbul etdi. Görüşdə çəkilən foto cəmiyyətimizin xüsusi marağına və təqdirinə səbəb oldu.

Həmin fotonun ictimailəşməsi ilə işğalçı Ermənistana, Ermənistan-Azərbaycan münaqişəsində maraqlı olan tərəflərə iki variant arasında seçim etmək təklif edildi. Ya Ermənistan işğal etdiyi torpaqlarımızı danışıqlar yolu ilə Azərbaycana qaytarmalı və bununla sivil qaydalara əməl etməlidir. Bu, baş verməzsə, Azərbaycanın BMT TŞ-nin və Baş Assambleyasının məlum qətnamələrinin, beynəlxalq qanunvericiliyin ona tanıdığı ərazilərini işğaldan hərb yolu ilə azad etmək hüququndan istifadə edə biləcəyi açıq şəkildə lazımi məqamların diqqətinə çatdırıldı.

Fotoya diqqət yetirmisinizsə, Xarici İşlər nazirimiz Türkiyə Prezidentinin sağ tərəfində dayanmışdı. Məlumdur ki,solaxayları çıxmaq şərtilə, dünyadakı böyük əksəriyyət gündəlik həyatda daha çox sağ əldən istifadə edir, üstünlüyü sağ tərəfə verir. Dolayısı ilə işğalçıya işarə edilirdi ki,münaqişənin həllində üstünlük hələ də danışıqlara verilir, onun bu şansı tam tükənməyib.
Müdafiə nazirimizin Türkiyə Prezidentinin sol, qəlbə daha yaxın tərəfində yer almasına və ümumiyyətlə, solaxaylığa gəldikdə, bu variantın gündəmə gəlməsinə və xüsusi olaraq aktuallaşmasına aydınlığı Azərbaycan Prezidenti cənab İlham Əliyev gətirdi.

AZƏRTAC-ın avqustun 13-də rəsmi xronikasında yaydığı Prezidentin Mətbuat Xidmətinin məlumatından görünür ki, Ermənistanın iyulun 12-də Tovuz rayonu istiqamətində törətdiyi təxribatından düz bir ay sonra - avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Məlumatda bildirildiyi kimi, “Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra - iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb”.

Tarixi foto məqsədli şəkildə ictimailəşdirildikdən dərhal sonra Prezident cənab İlham Əliyevin etdiyi bu telefon zəngi və açıqlanan rəsmi məlumat bir daha onu təsdiq edir ki, Ermənistanın işğalçı və təcavüzkar siyasətini illər boyu davam etdirə bilməsi səbəbsiz deyil.

Münaqişənin həlli düşünüldüyündən də artıq maneə və çətinliklərlə bağlı olsa da, Prezident cənab İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi siyasətində iradə və qətiyyəti sarsılmaz və birmənalıdır.

Maneələrdə nələrin və kimlərin təmsil olunmasından asılı olmayaraq, Azərbaycan Prezidenti öz xalqının iradəsini ifadə edir və onun hakimiyyətinin mənbəyi Azərbaycan xalqıdır. Bu siyasi iradə və mənəvi gücün nümayişində Azərbaycan dövləti artıq tək deyil.

Telefon zəngi Prezident cənab İlham Əliyevin bir müddət əvvəl Ermənistana xitabən dediyi fikirlərin təsadüfi olmadığını bir daha təsdiq edir:

“Gəl, bizimlə təkbətək vuruş, təkbətək, baxaq, görək bunun axırı necə olacaq...”

Son xəbərlər

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Tramp Putinlə münasibətindən danışıb

NATO baş katibinin Azərbaycana səfəri başlayıb - FOTO

Bütün xəbərlər