İyulun 17-də Şimali Kipr Cümhuriyyət Məclisinin sədri Teberrüken Uluçay Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovaya zəng edib.

Azərbaycan Respublikası Milli Məclisi Aparatının məlumatında belə deyilir.

Qeyd olunur ki, Teberrüken Uluçay Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı həlak olan şəhidlərin ruhunu ehtiramla yad etdiyini bildirərək, onların ailələrinə başsağlığı verib, yaralananlara şəfa dilədiyini ifadə edib. Hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini bildirən Cümhuriyyət Məclisinin sədri Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatı qəti şəkildə pislədiklərini və Ermənistanın bu addımlarının yolverilməz olduğunu vurğulayıb.
Sonda cənab Uluçay Azərbaycana daimi rifah və qələbə arzuladığını bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova öz növbəsində göstərilən diqqət və dəstək üçün cənab Uluçaya dərin təşəkkürünü ifadə edib. S.Qafarova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində güclü orduya malik Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatına dərhal və adekvat cavab verib. Milli Məclisin sədri əminliklə qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü ən qısa müddətdə bərpa edəcək və qələbə çalacaq.

Sonda Sahibə Qafarova Cümhuriyyət Məclisinin sədrinə telefon zəngi üçün təşəkkür edib.

Son xəbərlər

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Tramp Putinlə münasibətindən danışıb

NATO baş katibinin Azərbaycana səfəri başlayıb - FOTO

Tramp: “Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək”

Bütün xəbərlər