Prezident Rusiya ilə imzalanmış bu sazişi təsdiqlədi » İnterxəbər.Az
interxeber.az » Siyasət » Prezident Rusiya ilə imzalanmış bu sazişi təsdiqlədi


Prezident Rusiya ilə imzalanmış bu sazişi təsdiqlədi

19-04-2020, 20:24
Oxunub: 198
Çap et
Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra Gənclər və İdman Nazirliyi onun müddəalarını həyata keçirəcək. Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərəcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş 2019-cu il noyabrın 14-də Bakı şəhərində imzalanıb.
Reytinq: