Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Qazaxıstan Parlament Məclisinin Sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Nurlan Niqmatulin Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevə Türk Şurasının üzv ölkələrinin prezidentlərinin birgə qərarı ilə Türk Şurasının fəxri sədri adının verilməsinə görə qazax xalqı adından səmimi minnətdarlığını bildirib. Qonaq Bakıda gedən böyük inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyib. Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevə və Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş edib. Görüşdə Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevlə Azərbaycanın ümummilli lideri Heydər Əliyev arasında şəxsi dostluğun xalqlarımız arasında münasibətlərin inkişafında böyük rol oynadığı vurğulanıb, Prezident İlham Əliyevin ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsi işinə verdiyi töhfələr xüsusi qeyd olunub. Söhbət zamanı Azərbaycanla Qazaxıstan arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, energetika və iqtisadi sahələrdə uğurla inkişaf etdiyi bildirilib, dövlət başçıları arasında görüşlərin bu münasibətlərin möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb. Görüşdə, həmçinin Azərbaycanda yaxşı investisiya mühitinin olduğu, ölkəmizin investisiyalar üçün cəlbediciliyinin beynəlxalq qurumlar tərəfindən də təsdiq edildiyi bildirilib. Söhbət zamanı parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunulub, TÜRKPA-nın Azərbaycanda keçirilən IX plenar iclasında Qazaxıstanın da yüksək səviyyədə təmsil olunduğu və bu tədbirin münasibətlərimizin inkişafına töhfə verdiyi qeyd edilib. 12:44 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Qazaxıstan Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulini qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb

Son xəbərlər

Məmur özbaşnalığı

Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq

Ərdoğan: “Fələstin-İsrail qarşıdurması bütün bölgəyə yayıla bilər”

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Bütün xəbərlər