DataLife Engine / Suvarma Tahirin "beli bağlıdır "

Suvarma Tahirin "beli bağlıdır "

Azərbaycan Respublikasının Meliorasiya və su təsərrüfatı ASC-nin sədri Cənab Əhməd Əhmədzadəyə

Sizi məlumatlandıraraq bildirirəm ki Saatlı rayon SSİ-nin rəisi Tahir Rzayev bizim satirik yazı ilə tənqid edilmişdir. Bununla bağlı 28.07.2019 cu ildə şəxsən sizin ünvana göndərilərək T.Rzayev KİV haqqında 46,47,48-ci maddələrini,
Konstituyamızın 57-ci maddəsini, vətəndaşların müraciətinə baxılması haqqında Azərbaycan respublikasının qanununu kobud surətdə pozduğunu qeyd etmişdik. Bu müddəalara uyğun olaraq onun haqqında ölçü götürələrək cavab verməyinizi tələb etmişdik. Bütün bunlar sizin ASC-nin emaillərinə göndərilmişdir. Lakin bu günədək məktublarımıza cavab verilməmiş təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və təsdiq edilmiş həmin maddələr və qanunlar sizin ASC-nin əməkdaşları tərəfindən pozulmuşdur odur ki bir daha cavab verməyinizi tələb edirik əks-təqdirdə prezident administrasiyasına müraciət etmək məcburiyyətində qalacağıq

Dərin hörmət və ehtiramla Loğman Ərəstun oğlu Əliyev Qızıl qələm mükafatı laureatı, İnterxəbər.Az-ın Baş redaktoru
14-09-2019, 10:48
Вернуться назад