DataLife Engine / Bu gün Ağcabədi şəhər 1 saylı tam orta məktəbdə “Gənc Heydərçilər”in andiçmə mərasimi keçirildi.

Bu gün Ağcabədi şəhər 1 saylı tam orta məktəbdə “Gənc Heydərçilər”in andiçmə mərasimi keçirildi.

Tədbirdə Ağcabədi RİHB müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri,YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının sədri Naibə Mustafayeva,YAP Ağcabədi rayon təşkilatının sədr müavini Eldəniz Qəmbərov,YAP Ağcabədi rayon təşkilatının baş təlimatçısı Ramil Nağyev,Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ Regional ofisinin rəhbəri,YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının sədr müavini Radə Telmanqızı,Təhsil Şöbəsinin metodisti Əli ….. iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səadət Kazımova qonaqları salamlayaraq “Gənc Heydərçilər” haqqında məlumat verdi və vurguladı ki, məhz rayonda ilk olaraq 1 saylı məktəbdə belə bir addımın atılmasından çox qururludur.Sonra məktəbin “Gənc Heydərçilər” adına layiq görülən şagirdlər bu yolda sadiq olacaqlarına and içdilər,söz verdilər ki,bundan sonra Heydər Əliyev adına,onun ideyalarına,azərbaycançılıq məfkurəsinə sadiq qalacaqlar.Tədbirdə iştirak edən bütün qonaqlar şagirdlrə bu şərəfli yolda uğurlar arzuladılar və onları “Gənc Heydərçi” adına layiq görüldükləri münasibətilə təbrik etdilər.
12-02-2015, 00:00
Вернуться назад