DataLife Engine / Azərbaycan Ziyalısı

Azərbaycan Ziyalısı

Azərbaycan Ziyalısı
Media araşdırma mərkəzi və Azərbaycan avropanın saytı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə əsasən,
elm və təhsil sahəsində göstərdiyiləri uğurlu xidmətlərinə görə Professor Məhəmməd Babanlı"Azərbaycan ziyalısı"adına layiq görülüblər.
Məhəmməd Babanlı 1952-ci ildə Saatlı rayonunda müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1968-ci ildə Ağstafa şəhərində medalla bitirmiş və Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur[1].

1973-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş və aspiranturada saxlanmışdır. 1974-1976-cı illərdə aspiranturada professor Əlihüseyn Quliyevin rəhbərliyi altında yarımkesiricilər kimyası sahəsində namizədlik dissertasiyası yerinə yetirmiş və 1977-ci ildə Belarusiya Dövlət Universitetinin Itisaslaşdırılmış Şurasında müdafiə etmişdir.
1973-cü ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1974-1977 illərdə BDU-nun fiziki və kolloid kimya kafedrasında aspirantura keçmişdir.
1977-ci ildə Belarusiya Dövlət Universitetində "Tl2CVI-BIII2CVI3 (BIII-Ga, In; CVI-S, Se, Te) sistemlərinin faza tarazlıqları və termodinamik xassələri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1986-ci ildə dosent elmi adı almışdır.
1988-ci ildə Moskva Dövlət Universitetində "Talliumun üçkomponentli xalkogenidlərinin alınmasının fiziki-kimyəvi əsasları və termodinamikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
1990-cı ildə professor elmi adı almışdır.
1992-1994-cü illərdə Bakı Dövlət Universitetinin axşam və qiyabi təhsil üzrə prorektoru vəzifəsində çalışmışdır.
1994-2005-ci illərdə BDU-nun Ümumi və Qeyri-üzvi kimya kafedrasının müdiri vəzifəsində işləmişdir, hazırda həmin kafedranın professoru və Qeyri-üzvi materialşünaslıq ETL-in elmi rəhbəridir.
1993-2000-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya üzrə Ekspert Şurasının sədr müavini.
1997-2000-ci illərdə həmin Şuranın sədri olmuşdur.
7-02-2019, 10:52
Вернуться назад