DataLife Engine / AZƏRBAYCAN ZİYALILARI

AZƏRBAYCAN ZİYALILARI

Media araşdırma mərkəzi və Azərbaycan avropanın saytı tərəfindən keçirilmiş rəy sorğusuna görə elm və təhsil sahəsində göstərdiyiləri uğurlu xidmətlərinə görə "Azərbaycan ziyalısı"adına layiq görülüblər.

Şamilov Elşən Nurəddin oğlu
AZƏRBAYCAN ZİYALILARI
Anadan olduğu yer Ermənistan Respublikası, Vardenis rayonu Qoşabulaq kəndi
Təvəllüdü 20.11.1960
Bitirdiyi ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti
Elmi dərəcəsi Biologiya üzrə fəlsəfə doktoru
Elmi rütbəsi Dosent
Namizədlik (PhD) dissertasiyasının mövzusu:
- ixtisas şifri

- ixtisasın adı

- mövzunun ad



24.26.01

Ekologiya

Bəzi bitki ekstraktları və dəmir komplekslərinin radioprotektor xassələrinin öyrənilməsi
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 99
- xaricdə çıxmış elmi əsərlərinin sayı 47

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 1
Kadr hazırlığı:
- fəlsəfə doktorlarının sayı

Əsas elmi nailiyyətləri Bitki mənşəli fizioloji fəal maddələr – qoz ekstraktı, zəfəran, boymadərən, gülümbahar, dazıotu, rutinin dəmir kompleksi və müxtəlif bitki yığımı ekstraktlarının radiasiya təsirinə məruz qalmış bitki və heyvan orqanizmlərində radiasiyadan qoruyucu təsirləri öyrənilmiş, profilaktika məqsədilə onlardan əlverişsiz mühitdə yaşayan insanların istifadəsi mümkün hesab edilmişdir.
Radiasiyanın, texnogen çirklənmənin bəzi kənd təsərüfatı bitkilərinə təsiri və bioloji üsullarla çirklənmiş torpaqların sağlamlaşdırılması metodlarının işlənməsi ilə məşğul olur.

Elmi əsərlərinin adları 1. E.N.Şamilov. Dəmir komplekslərinin antioksidant, radioprotektor və antibakterial təsirlərinin öyrənilməsi. AMEA-nın xəbərləri. Biologiya elmləri seriyası,2006,№.3-4səh.178-183
2. E.N.Şamilov. Boymadərən ekstraktlarinin radioprotektor təsiri. AMEA-nın Xəbərləri (biologiya elmləri) c.64, №5-6: səh. 175-178 (2008)

3. А.А.Рзаев, Э.Н.Шамилов, А.С.Абдуллаев, Н.И.Касумова, Г.Н.Кулиев, Э.Т.Мамедрзаева, А.Г.Газыев, И.В.Азизов. Цитогенетические изменения облученных крыс под воздействием растительных биокомплексов. Известия Академии Наук Грузии, Биологическая серия А, том 35, Тбилиси 2009, стр.393-401.

4. Шамилов Э.Н., Абдуллаев А.С., Рзаева И.А., Азизов И.В. Влияние комплексов железа на формирование фотосинтетического аппарата и выхода генетических изменений у гамма облученных семян пшеницы. Visnyk of Dnipropetrovsk University. Biology. Medecine. – 2010. – Vol. 18. N2. – P. 90-95.

5. Mamedov, N.A., Rzayev, A.A., Shamilov, E.N., Abdullaev, A.S., Rzayeva, I.A., Gasimova, N.I., Guliev, G.N. and Craker, L.E. Radioprotective activity of some medicinal plant extracts. Acta Hort. (ISHS) 2011. 925: p.315-320 http://www.actahort.org/books/925/925_46.htm.

6. Э.Н. Шамилов, А.С. Абдуллаев, И.А. Рзаева, Г.Н. Кулиев, Н.И. Касумова, Э.T. Мамедрзаева, И.В. Азизов. Исследавание радиозащитного эффекта экстракта Crocus sativus L. "Вıснıк Украıнського товариства Генетикıв и селекцıонерıв" Том 10 №1.2012. стр. 95-99.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 1. Azərbaycan Botaniklər Cəmiyyətinin üzvü
2. Ukrayna Genetiklər və Seleksiyaçılar Cəmiyyətinin üzvü

3. Ukrayna Radiobioloqlar Cəmiyyətinin üzvü

Pedaqoji fəaliyyəti
Digər fəaliyyəti Yerli və beynəlxalq elmi layihələrdə iştirak edir.





Araşdırma kollektivi adından təbrik edirik.
AZƏRBAYCAN ZİYALILARI
İsmayılov İsmayıl Mahmud oğlu 1946-cı ildə Bakı şəhərində anadan olub.1954-cu ildə Bakı şəhəri 132 saylı orta ümumtəhsil məktəbinə daxil olmuşdur, 1965-ci ildə həmin məktəbi gümüş medalla bitirib. 1965-ci ildə Azərbaycan Dövlət Neft və Kimya institutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakultəsinə qəbul olunmuş, 1970-ci ildə həmin fakultəni “Avtomatika və telemexanika” ixtisası üzrə bitirmişəm.Ali məktəbi bitirdikdən sonra 1970-ci ildən 1993-cü ilədək həmin təhsil müəssisəsində mühəndis, böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, aspirantura şöbəsinin müdiri, dekan, dosent vəzifələrində işləyib. 1993-1997 illərdə Azərbaycan Respublikası Təhsil nazirliyində ali təhsil şöbəsinin müdiri və elm idarəsinin rəisi vəzifələrində çalışıb.1994-1996-cı illərdə Azərbaycan Respublikasının Türkiyə Respublikasında təhsil müşaviri olub. 1997-2003-cü illərdəAzərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Avtomatika, telemexanika və elektronika” kafedrasında dosent vəzifəsində, 2003-cü ildən isə Milli Aviasiya Akademiyasının “İnformasiya texnologiyaları və idarəetmə sistemləri”kafedrasında dosent və professor vəzifələrində işləmişəm.2005-2010-cu illərdə MAA-nın “Aerokosmik informasiya sistemləri” kafedrasının müdiri və “Aerokosmik” fakultənin dekanı vəzifəsində çalışıb. Hal-hazırda MAA-nın “Aerokosmik informasiya sistemləri” kafedrasında professor vəzifəsində çalışır.1985-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. 1986-cı ildə dosent elmi adını almışdır. 2010-cu ildə Milli Aviasiya Akademiyasında texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Hərəkət edən obyektlər fəzasında uçuş parametrlərinin optimal çevriməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişəm. 2015-ci ildə mənə AAK tərəfindən professor elmi adı verilmişdir.100-ə yaxın elmi məqalənin,o cümlədən 1 monoqrafiyanın, 10patent-ixtiranın, 20-yə yaxın dərslik və dərs vəsaitinin müəllifidit. MAA-nın nəzdindəki dissertasiyaların müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın üzvü və AMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Texnika Problemləri üzrə Elmi Şurasının üzvü, Kosmik problemlər üzrə Respublika Elmi Şurasının Elmi katibidir.

Əsas elmi maraq dairəsı infomasiya-idarəetmə sistemlərinin, o cümlədən aviasiya sahəsində infomasiya-idarəetmə sistemlərinin işlənilməsi və tədqiqi, informasiyanın yığılması, çevrilməsi, rəqəmsal emalının və dəqiqliyinin yüksəldilməsinin yeni metodlarının işlənilməsi, müxtəlif predmet oblastlarında intellektual və ekspert sistemlərinin işlənilməsi, biliklərin bazasının və biliklərin təqdim olunması modellərinin yaradılması və onların tədqiqidir.
Ailəlidır. 2 övladı var.









AZƏRBAYCAN ZİYALILARI
Mahmudov Nəsimi Aydın oğlu Kəlbəcər rayonu Taxtabaşı kəndində anadan olmuşdur.1996-ci ildə N.Tusi adına ADPU-un kimya-biologiya fakültəsin fərqlənmə diplomu ilə bitirmiş,elə həmən ildə ADPU-un zəmanəti ilə AMEA-in Botanika inistitunun ibtidai bitkilər söbəsində aspranturaya daxil olmuş,müvəffəqiyyətlə müdafiə etmişdir.Biologiya Elmler üzrə Fəlsəfə Doktorudur.Hal-hazırda mikrobiologiya inistitunda böyük elmi işçi vəzifəsində çalışır.40a qədər elmi məqalənin müəllifi,ibtidai bitkilər kursundan orta məktəb müəllimləri və şagirdləri üçün metodoki vəsaitin müəllifidir.Metodiki vəsait təhsil nazirinin biologiya bölməsinin xüsusi qrifi əsasında çap edilmişdir




[/b]
AZƏRBAYCAN ZİYALILARI
Müstəqil Ağayev 1939, Pirembel, Yardımlı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan filosofu; AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri namizədi.
Мüstəqil Bağır oğlu Ağayev 1939-cu ildə Yardımlı rayonunun Pirembel kəndində anadan olmuşdur.

1958-ci ildə orta məktəbi bitirib, Аzəbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fакültəsinə daxil olmuşdur. Universitetdə тəhsil аldığı illərdə filologiya fакültəsinin Аzəbaycan və rus bölmələri üzrə Хаlq Drujinası Qərаrgаhının rəhbəri vəzifəsində çаlışmışdır.

1962-ci ildə M.F. Ахundovun аnаdan оlmasının 150 illik yubileyi münasibəti ilə кеçirilən müsаbiqədə 1-ci yeri tutmuşdur.

1965-1981-ci illərdə pedaqoji fəаliyyətlə məşğul olmuş, 1972-ci ildə "Qabaqcıl Mааrif Хаdimi" döş nişanı ilə təltif edilmişdir. 1975-ci ildə Маrкsizm-Leninizm Universitetinin Fəlsəfə şöbəsinin fərqlənmə diplomu ilə bitirmişdir.

1991-ci ildə AMEA Fəlsəfə və Hüquq İnstitutunda "Аzərbaycan ictimai fikrində milli məsələ (1917-1920-ci illər)" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və fəlsəfə elmləri namizədi dərəcəsi almışdır.

Hazırda AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisidir.






AZƏRBAYCAN ZİYALILARI
Həsənli Şəmistan Mahmud oğlu — azərbaycanlı fizik, fizika-riyaziyyat elmləri doktoru.
Şəmistan Həsənli 15 dekabr 1938-ci ildə Gürcüstan SSR-in Bolnisi rayonunun Qoşakilsə kəndində anadan olmuşdur.[1] 1957-1962-ci illərdə Leninqrad Dövlət Universitetinin Fizika fakültəsində təhsil almışdır. İlk əmək fəaliyyətini Leninqrad "Morfizpribor" İnstitutunda başlamış və orada sovet hərbi sualtı qayıqlarının idarəedici qurğularının yaradılmasında fəal iştirak etmişdir. Aspirant hazırlığını Leninqrad A.F.İoffe adına Fizika-Texnika İnstitutunun Dövlət və Lenin mükafatı laureatı prof. D.N. Nasledovun rəhbərlik etdiyi "Elektron yarımkeçiriciləri" laboratoriyasında keçmişdir. 1971-ci ildə dissertasiya müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1971-1990-cı illərdə Leninqrad Politexnik Universitetinin "Polimerlər və dielektriklər Fizikası" kafedrasında pedaqoji fəaliyyətlə bərabər elmi tədqiqat işləri ilə də məşğul olmuşdur. Hazırda AMEA-nın Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləyir. Onun rəhbərliyi altında iki aspirant və iki dissertant fizika üzrə fəlsəfə doktoru (PHD) elmi dərəcəsi almışdırlar. 1997-2010-cu illərdə İran İslam Respublikasının Təbriz Universitetinin Fizika fakültəsinin əməkdaşları ilə birgə elmi tədqiqat işləri aparmışdır və bu günə qədər də həmin işlər davam edir. Ailəlidir, 2 övladı var.
Metal-dielektrik (SiO2)- yarımkeçirici (Si)(MDY)- strukturlarının texnologiyası işlənmiş və n-p tipli MDY - strukturlarının inversiya kanallarında keçiricilik mexanizmi tədqiq edilmişdir. Göstərilmişdir ki, MDY - strukturlarının inversiya kanallarında (n-p-tip) yükdaşıyıcıların yürüklüyü Si monokristalındakı yükdaşıyıcıların yürüklüyündən 2-3 dəfə azdır.
Metal oksidləri Cr2O3, SiO2, NiO2, Bi2O3 Sb2O3 və s. ilə aşqarlanmış ZnO keramikasının sintez texnologiyası işlənmiş və müxtəlif açılma gərginliyə (250-500) V malik qeyri-xətti müqavimətlər (varistorlar) sintez edilmişdir. Onların əsasında yüksək ifrat gərginlikdən qoruyucu qurğularda istifadə edilməsi təklif edilmişdir. Onların əsasında yüksək ifrat gərginliklərdən qoruyucu qurğularda istifadə edilməsi təklif edilmişdir. Varistorun sintez texnologiyası patentləşdirilmişdir.
Aşqarlı ZnO keramikası, yarımkeçiricilər (Si, GaAs, İnAs) və polyar, qeyri polyar polimerlər əsaslı nazik təbəqəli kompozitlərin sintez texnlogiyası işlənmiş və qeyri-xətti müqavimətlər (varistorlar) sintez edilmişdir. Disperqatorların və polimerlərin həcmi faizini variasiya edərək açılma gərginlikləri (1-30) V intervalında dəyişən varistorlar sintez edilmişdir. Həmin varistorları energetikanın müxtəlif sahələrində tətbiq etmək olar. Həmçinin kompozitlərdə yükdaşınma mexanizmi də ətraflı tətqiq edilmişdir. O cümlədən, göstərilmişdir ki, yüksək temperatur oblastında tələlərdən yükdaşıyıcıların sıçrayış mexanizmidir.
(CuİnSe2)1-x(MeSe2)x Me=(Mn,Fe,Co) bərk məhlulları və polimer əsaslı nazik təbəqəli maqnit kompozitləri sintez edilmiş, geniş temperatur intervalında (100-300) K onların maqnit parametrləri tədqiq edilmiş və temperaturun T>200K qiymətində maqnit kompozitində maqnit faza keçidi müşahidə edilmişdir. Həmçinin maqnit müqavimətinin maqnit sahəsindən asılılığı tədqiq edilmiş və maqnit kompozitlərində mənfi və müsbət maqnit müqavimətlərinin mövcudluğu aşkar edilmişdir. Alınmış nəticələr mikroelektronikanın müxtəlif sahələrində tətbiq edilə bilər. O cümlədən, maqnit yaddaş elementi, maqnit sahəsinin qeydedicisi, rəqs konturlarında içlik, nazik təbəqəli maqnit sahəsinin qeydedicisi və s.
140-dan yuxarı elmi əsərlərin, o cümlədən patentlərin, elmi məqalələrin müəllifidir.

2014-cü ildə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib. 2016-cı ildə AMEA Fizika İnstitutunun Fəxri Fərmanı ilə təltif edilib.


AZƏRBAYCAN ZİYALILARI
Professor Gülər Abdullabəyova
Gülər Abdullabəyova 1946-cı il dekabrın 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Burada 6 saylı şəhər məktəbini bitirmişdir (1963). ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1963-1968). M.F.Axundov adına Rus dili və ədəbiyyatı Pedaqoji İnstitutunda müəllim (1970-1974), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsində aspirant olmuş (1974-1978), hazırda elmi işçi vəzifəsində çalışır (1978-ci ildən).

1973-cü ildə ilk məqaləsi "İnqilabçı şair Adam Mitskeviç" "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuşdur. Bundan sonra dövrü mətbuatda Azərbaycan-Polşa ədəbi əlaqələr mövzusunda müntəzəm elmi məqalələrlə çıxış etmişdir.

Onun 50-dən artıq elmi məqalələri müxtəlif dillərdə çap olunmuşdur. Kiyevdə Beynəlxalq Slavyan ədəbiyyatı qurultayında (1983), Varşavada tənqid və ədəbiyyatşünaslığın aktual problemləri elmi konfransında (1986) iştirak etmişdir.

Polşada Elmlər Akademiyasında elmi ezamiyyətdə olmuşdur (1986). Slavistlərin XV Beynəlxalq qurultayında (Bratislava, 1993), V Beynəlxalq elmi konfransda (Lublin, 1993) və VIII Beynəlxalq konqresində (Regensburq, 1994) iştirak etmişdir.







AZƏRBAYCAN ZİYALILARI
Nəsibov İsmixan Qədim oğlu
Anadan olduğu yer Qərbi Azərbaycan, Spitak rayonu
Təvəllüdü 1939
Bitirdiyi ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti
Elmi dərəcəsi Fizika üzrə fəlsəfə doktoru
Elmi rütbəsi
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

ixtisas şifri 01.04.05

ixtisasın adı Optika

mövzunun ad Üzvü birləşmələrin sərbəst radikallarının fotonikası



Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 49

xaricdə çıxmış elmi əsərlərinin sayı 18

beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 7

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 3 müəlliflik şəhadətnaməsi
Kadr hazırlığı:

- fəlsəfə doktorlarının sayı 1


Əsas elmi nailiyyətləri
Birinci dəfə olaraq üzvü birləşmələrin sərbəst radikallarının lüminisensiya və udma spekterləri 77 və 4,3K də alınmış və tədqiq edilmişdir

Elmi əsərlərinin adları

1.Naftalinin hallagen birləşmələrinin kvazixətli fosforosensiya spekterlərin 55 K də tədqiqi. Optika və spektroskopiya 1968 cild 25 №25

2.Flisorensiya-α və β metal naftalinlərinin sərbəst radikalları. Optika və spektroskopiya 1971 cild 30№6

3.Dimetil naftalinlərin sərbəst radikallarının kvazi xətti spektrləri 55 K.Priklodnoy spektroskopiya 1971 cild 15 №1








AZƏRBAYCAN ZİYALILARI
Bakı Dövlət Universitetinin Heydər Əliyev muzeyinin müdiri, Filologiya üzrə fəlsəfə doktoru Zəkiyyə Abbasəli qızı Kərimovadır.
Heydər Əliyev muzeyi hər bir insanın nümunə götürəcəyi bir məktəbdir. Bu muzey universitet durduqca yaşayacaq və hər zaman əziz ziyarətgah olacaqdır.






AZƏRBAYCAN ZİYALILARI

Robert Əsədulla oğlu Qarayev

Anadan olduğu yer: Gürcüstan, Tbilisi ş.

Təvəllüdü: 11.03.1939

Təhsili: Azərbaycan Dövlət Neft Akademiyası, mühəndis-

elektrik

Elmi dərəcəsi: Texnika elmləri namizədi

Elmi rütbəsi: Baş elmi işçi, BEA-nın professoru

Namizədlik dissertasiyasının

ixtisas şifri və ixtisasın adı: 05.253- Avtomatika və telemexanikanın cihaz və

qurğuları

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 211

Xaricdə çıxmış elmi əsərlərin sayı: 130

Əsas elmi nailiyyətləri: Xəzər dənizi neftqaz layihələrinin ekoloji

monitorinqi və menecmenti üçün ekoloji

kibernetikanın müasir üsulları

Əsas elmi əsərlərin adları: 1. Караев Р.А. Интеллектуальный мониторинг: новые

возможности для экологического мониторинга каспийских

месторождений // Нефтяное хозяйство. Москва. №5, 1999.

2. Караев Р.А. Экологический мониторинг каспийских

месторождений. Новая парадигма. Новые решения. Известия

РАН. Экология. Москва. 2000, №2.

3. Karayev R.A., et al. Environmental Monitoring of Caspian

Oilfields. New Paradigm. New Solutions. Proc. of the 9th Intern.

Interdisciplinary Conference on the Environment. London. June

17-19. 2003.

4. Karayev R.A. Environmental Monitoring of Caspian Oilfields.

New Paradigm. New Solutions // International Environmental

Review. Vol.6, N 1. New York: Rowman Publishers, Inc., 2004.

5. Karayev R.A. Sustainable Management of Caspian Sturgeons:

Strategic Approach // Proceeding of the UNESCO International

Workshop. “Large-scale Disturbances and Recovery in Aquatic

Ecosystems”. Varna. Bulgariya. 2005.

6. Караев Р.А. ОВОС Каспийских нефтегазовых проектов: старые

проблемы и новые решения // Материалы Первой межд. научно-

практической конференции «Проблемы сохранения экосистемы

Каспия в условиях освоения нефтегазовых месторождений».

Астрахань. 2005.

7. Karayev R.A. Modelling Caspian sturgeon population dynamics:

a new paradigm and new technology // ICES Journal of Marine

Science. V. 63. No 6. 2006.

8. Караев Р.А. Дескриптивные модели популяционной

динамики осетровых Каспийского моря. Изд-во «Елм», Баку.

2006.

9. Караев Р.А. Садыхова Н.Ю. Трансграничная ОВОС (Оценка

Воздействия на Окружающую Среду) в регионе

Каспийского моря // Защита окружающей среды в

нефтегазовом комплексе. Москва. № 2, 2011.

10. Караев Р.А. Инструментальный комплекс для разработки и

сопровождения интеллектуальных САПР. Конкурсный проект

№ 720.Грант Государственного Комитета СССР по науке и

технике и Научного Совета АН СССР по проблеме

«Искусственный интеллект». 1990-1991.

11. Караев Р.А. Нечеткие когнитивные карты для генерации и

анализа управленческих решений. Диплом Российской

Академии наук (Отделение экономики) и Грант

Международного Научного Фонда Экономических

исследований акад. Н.П. Федоренко. Проект 2003–041

12. Грант НАТО «Наука во имя мира - 2000». Проект SfP – 1170

«Экотоксикологическое регулирование сбросов в Каспийское

море»

13. “Müasir qlobal çağırışlar, o cümlədən, dünyada neftin qiymətinin

kəskin dəyişməsi şəraitində Azərbaycan dövlət büdcəsinin strateji

təhlili üçün koqnitiv vasitələr". Azərbaycan Respublikasının

Prezidenti yanında Elmin inkişafı Fondunun qrantı (Qrant №

EİF-KETPL-2-2015-1(25)-56/14/1

Beynəlxalq və xarici ölkələrin

elmi qurumlarının üzvlüyü: World Conservation Union, Species Survival Commission,

International Ecoenergy Academy









AZƏRBAYCAN ZİYALILARI
RALFRİD ƏHƏD OĞLU HƏSƏNOV
TUTDUĞU VƏZİFƏ Kafedra müdiri
Professor
ELMİ DƏRƏCƏSİ Biologiya elmləri doktoru
Təvəllüdü - 16.02.1938
TƏHSİLİ 1945-1955- Bakı ş. 6 nömreli orta məktəbi
1955-1960-ADU-nin (indiki BDU) Biologiya fakültəsi (bitki fiziologiyası ixtisası)
ELMİ DƏRƏCƏ 1960-1964 -Moskva Dövlət Universitetinin biofizika kafedrasının əyani aspirantı -
b.e.n. (biofizika üzrə)
ELMİ ADLARI 1985 - Bax adina Biokimya İnstitutu, Rusiya Elmlər Akademiyası, Moskvada -
(biokimya üzrə) biologiya elmləri doktoru elmi adı
1986- professor elmi adı
MÜKAFATLARI 1970 -“Şərəfli əməyə görə” medalı
1971- elm və texnika üzrə Respublika gəncləri mükafatı laureatı
2014 – Yüksək ixtisaslı kadr hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə
görə Fəxri Fərmanla təltif olunmuşdur
ƏMƏK 1966-cı ildən Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda kiçik
elmi işçi
FƏALİYYƏTİ 1967- biofizika yaradıcı qrupunun rəhbəri
1970-2011 Biofizika laboratoriyasının müdiri
1972-1973 - ABŞ-ın Stenford və İllinoys Universitetlərində tədqiqatçı
1985-1996- AMEA-nin Botanika İnstitutunun direktor müavini
1996-1998 – AMEA-nin Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun
direktoru, Molekulyar Biologiya departamentin rəhbəri
1988 (mart-iyun) – Milli elmi araşdirma mərkəzi, Biologiya İnstitutu, Afina,
Yunanıstan- professura
2000-2001 - Yaponiyanın Kvansey Qaukin Universitetinin professoru
2004-2006-cı illərdə isə Pakistanın Karaçi Universitetinin üçüncü ölkələrin
kimya və biokimya mərkəzinin professoru
2011 ildən Dövlət Universiteti Biologiya fakültəsinin Biofizika və molekulyar
biologiya kafedrasının müdiri
TƏDQİQAT Fotosintezin fiziki-kimyavi mexanizmi və molekulyar gurulusu; bitki hüceyrələrində
SAHƏSİ FSI və FSII-in (əsas oksigen ayıran kompleksin) inaktivasiya və stabilizasiyasinin
mexanizmi; FSI və sitoxrom b/f kompleksləri arasında elektron-nəql reaksiyalarının
tədqiqi, plastosianin və sitoxrom c6 elektron daşıyıcılarının struktur təşkilinin
öyrənilməsi
BEYNƏLXALQ  3
rd Intern. Symp, Metallomics, 15-18 june 2011, Munster, Germany.
SEMİNAR,
SİMPOZİUM VƏ
KONFRANSLARDA
İŞTİRAKI
 Supplement Issue Eurobiotech 2012 Agriculture Symposium (Volume 161,
November 2012) http://dx.doi.org/10.1016/j.jbiotec. 2012.07.035
 International Conference. Innovative Approaches to Conservation of
Biodiversity. October 2-4, 2016, Baku,
SEÇİLMİŞ
ƏSƏRLƏRİ
1. A.Gaziyev, S.Aliyeva, I. Kurbanova, R. Ganiyeva, S. Bayramova, R.
Gasanov, Molecular operation of metals into the function and state of
photosystem II, Metallomics, 2011, pp. 1362-1367
2. Jean J.K. Bankeu, Rustamova Khayala, Bruno N. Lenta, Diderot T.
Noungoue, Silvere A. Nogouela, Sufyan A. Muatafa, Khalid Asaad,
Mohammed I. Choudhary, Sean T. Prigge, Ralphreed Hasanov, Augustin E.
Nkengfack, Etienne Tsamo and Muhammad S. Ali, Isoflavone dimers and
other bioactive constituents from the figs of ficus mucuso, Journal of Natural
Products, 2011, 74, pp. 1370-1378
3. R.Gasanov, S.Aliyeva, F.Mamedov. Delayed Fluorescence in a Millisecond
range – A Probe for the Donor Sideinduced Photoinhibitionin Photosystem II.
Photosynthesis (Overviews on recent progress and future perspectives) ch.7
Editors: S.İtor. P.Mohanty. K. Guruprasad İ.K.İnternational Publishing
House Pvt. Ltd. 2012
4. Jafarova, R.A.Ganiyeva, S.A.Bayramova, A.Shikiyev, R.A.Gasanov.
Protection of chloroplast in vivo against oxidative sress. Biophysical Societty
57th Annual Meeting Presentation Number: 3360-pos Philadelphia,
Pennsylvania 2013
5. A.Bashirzadeh, Z. Mahmudov, R. Hasanov Ms-Delayed light emission (MSDLE) of chlorophyll as indicator of temperature stress action on Photosystem
II. Bangladesh J. Bot. 2015, 44(4): pp.543-549. (Thomson Reuter İmpact
Factor 0.301).
6. N. Safarov, R. Gasanov. Structural insights into β-glucuronidase inhibition to
mitigate camptothecin chemotherapeutics side effects. International Journal
of Pharmaceutical Chemistry, Article Id: IJPC-2742, Vol. 5, N 11, pp. 375-
380, 2015
7. N.Safarov, R.Gasanov. Structural insights intoβ-glucuronidase inhibition to
mitigate camptothecin chemotherapeutics side effects. International Journal
of Pharmaceutical Chemistry, Article Id: IJPC-2742, Volume 5 Issue 11,
Tentative Date of Publication: 30 Nov 2015, V.5, N 11 (impact factor, GIF
and ISI: 0.498)
8. R. Agalarov, S. Chyragova, Kh. Abdullayev, Kh.i Ganbarov, R. Gasanov
Antioxidant (AO) and free radical quenching (FRQ) activities of traditional
medicine substances, honey and vinery products of Azerbaijan Republic
Journal of Biotechnology, Volume 231, Supplement, 10 August 2016, Page
S61 (Thomson Reuter İmpact Factor 2.667).
KİTABLAR 1. X.D.Abdullayev, R.Ə.Həsənov. Stress reaksiyalarının biofiziki mexanizmi
Dərs vəsaiti, Turxan, Bakı 2014, səh. 208

AZƏRBAYCAN ZİYALILARI
Məsimov Eldar Əli oğlu
BDU-nun Maddə quruluşu kafedrasının müdiri, Rusiya Pyotr
Elmləri və İncəsənət Akademiyasının həqiqi üzvü, Rusiya təbiətşünaslıq
Akademiyasının həqiqi üzvü,
fizika-riyaziyyat elmləri doktoru, professor, Fizika Problemləri
İnstitutunun Bioloji sistemlər fizikası şöbəsinin müdiri.
İş telefonu: 539 09 14
E-mail: masimovspektr@rambler.ru
Şəxsi sayt: www.eldarmasimov.az
QISA BİOQRAFİK MƏLUMAT
1941-ci ildə Şamxor rayonunda ziyalı ailəsində anadan olmuş.
1957-ci ildə Şamxor rayonunun, Çinarlı kəndinin orta məktəbini qızıl medalla bitirib.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1984, F.r.e.d, ci ildə bioloji sistemlərdə yönümlü müxtəlif bioloji və sintetik polimerlərin suyun
termodinamika halına təsiri. Moskva Dövlət Universiteti “biofizika” ixtisası.
1969, f.r.e.n., 03.00.02-biofizika, Xarkov Dövlət İnstitutu;
1966-1970, elmi işçi, Aşağı Temperaturlar Fizika Texniki İnstitutu, Xarkov ş.
1963-1966- cı illər aspirant, aşağı temperaturlar fizikası ixtisası üzrə, Aşağı Temperaturlar Fizika
Texniki İnstitutu, Xarkov ş.
1960-1963- cü illər Xarkov Dövlət Universiteti, fizika fakültəsi
1970-ci ildən indiyə qədər atom və nüvə fizikası, maddə quruluşu, biofizika, molekulyar fizika,
rəqslər və dalğalar fizikası və s. fənlərdən mühazirə oxuyur.
1998-ci ildə Rusiya Pyotr Elm və İncəsənət Akademiyasının müxbir üzvü,
2003-cü ildə Rusiya Pyotr Elm və İncəsənət Akademiyasının həqiqi üzvü,
2003-cü ildə Rusiya Pyotr Elm və İncəsənət Akademiyasının Azərbaycan Filialının rəhbəri,
2011 - Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü,
2012 - Rusiya Təbiətşünaslıq Akademiyasının həqiqi üzvü.
Məqalələrin sayı: 550
Rəhbərliyi altında: Elmlər namizədi - 20, Elmlər doktoru – 2
ƏMƏK FƏALİYYƏTİ
1992-ci ildən Maddə quruluşu kafedrasının müdiri, BDU
1989 cı ildən bioloji fizikası bölməsinin müdiri, Fizika Problemləri İnstitutu,BDU
1989-1992, Elmi işlər üzrə prorektor, BDU
1987-1989, baş elm idarəsinin rəisi, Azərbaycan Təhsil Nazirliyi
1985-1987, professor, Maddə quruluşu kafedrası, BDU
1974-1985, dosent, Maddə quruluşu kafedrası, BDU
1972-1974, baş müəllim, Maddə quruluşu kafedrası, ADU, (BDU)
1970-1972, assistent, Maddə quruluşu kafedrası, ADU, (BDU)
TƏDQİQAT SAHƏSİ
Bioloji və sintetik mənşəli polimerlərin Sulu məhlullarında qarşılıqlı təsirlərin və strukturun
(termodinamik halı) tədqiqi. Bioloji molekulların və onların sulu məhlullarının nisbi
hidrofobluqlarının, dərman maddələrinin canlı orqanizimdə istiqamətlənmiş nəqli problemlərinin
öyrənilməsi.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA
İŞTİRAKI
2017, ХI Всероссийская школа – конференция молодых ученых. «Теоретическая и экспериментальная
химия жидкофазных систем». Россия, Иваново
2016, Материалы ХI международной научно-технической конференции «Актуальные вопросы
биологической физики и химии», Севастополь, 25-29 апреля
2015г. Научная дискуссия: Вопросы математики, физики, химии, биологии. Сборник статей по
материалам ХХХIV-XXXV международной заочной научно-практической конференции. № 10-11
(28), Ноябрь, Москва,
2013, I International Chemistry and Chemical Enginering Conference, Azerbaijan, Baku, 17-21 April,
2012, Россия, Иваново, VII Международная научная конференция "Кинетика и механизм
кристаллизации. Кристаллизация и материалы нового поколения".
2012, IV Съезд Биофизиков, Тезисы докладов, Нижний Новгород
2011, Россия, Иваново, XI Международная конференция «Проблемы сольватации и комплексообразования в растворах.
2009, Новосибирск, Методы исследования состава и структуры функциональных материалов.
2010, Россия, Иваново, VI Международная научная конференция.Тезисы докладов. Кинетика и
механизм кристаллизации.
2007, XVI International conference “Chemical Thermodynamics“, Russia (RCCT 2007), Suzdal July 1-6.
2008, XV Russian conference “Structure and dynamics of molecular systems”, Yalchik.
VIII International congress “Solid state chemic and micro and nano-technology” Kislovodsk, Russia, 14-19
September.
2005, May, Sankt-Petersburg, Russia, II Russian Symposium of Chemistry and Biology of Peptides
2005, September, Tabakhmela (Tbilisi), Georgia, NATO Advanced Research Workshop on Air, Water and
Soil Quality Modeling for Risk and Impact Assessment
2001, July, Kyoto, Japan, 4th International Conference of Biological Physics
2001, October, Moscow, Russia, 6th Multidisciplinary Regional Conference of Biological Physics.
2000, May, Erzurum, Ataturk University, Turkey, III National Atomic and Molecular Physics Symposium.
1998, May, Moscow, Russia, XVI Mendeleyev Meeting on General and Applied Chemistry.
1998, July, Ankara, Turkey, International Symposium on Atomic and Molecular Physics.
1997, August, Krakov, Poland, International Symposium Europ.Cat. III.
1997, April, Rolduc, Netherlands, International Symposium on Acid-Base Catalysis III.
1997, June, Brussels, Belgium, 4-th World Conference on Experimental Heat Transfer, Fluid Mechanics and
Thermodynamics. 1997, June , Biarritz, France, 4-th International Symposium on Bioorganic Chemistry.
1996, Keystone, Colorado, USA, XII-th Int. Conf. On Magnetic Resonance in Biological Systems (17-th
ICMRBS).
1995, Istanbul, Turkey, XIII-th Meeting of the International Society of Hematology.
1994, Conference Bio-chromatography and Bioengineering ESBC-94.
1992, Grand Momne, France, IV European Conference on Bio-chromatography and Molecular Biology.
1992, Ankara, Turkey, II Turkish – Azerbaijani a Polymer Symposium.
1985, Sweden, IV International Conference of Partition of Two-Phase Water Systems.
1982, Sverdlovsk, USSR, III International Conference High Molecular Compounds.
1982, Irkutsk, USSR, II International Conference Water Soluble Polymers.
1968, Tbilisi, USSR, XV International Meeting on Low Temperature Physics.
1968, Sent-Andros, USA, XI International Conference of Low Temperature Physics.
1967, Kharkov, USSR, XIV International Meeting of Low Temperature.
SEÇİLMIŞ ƏSƏRLƏRİ
1. Конформационный анализ дельторфина-I. II Российский симпозиум по химии и биологии
пептидов. Санкт-Петербург, 25-27 мая, 2005, с.85.
2. Photocatalytic Parification of Air. Perspective Catalysis based on Nanostructured Platinum. Nato
Advanced Research Workshop on Air, Water and Soil Quality Modelling for Risk and Impast Assessment.
Tabakhmela (Tbilisi), Georgia, 16-20 september, 2005.
3. Определение параметра взаимодействия между фазообразующими компонентами двухфазных
водно-полимерных систем. Bakı Universitetinin Xəbərləri, Fizika-riyaziyyat seriyası, 2006, № 2, səh. 125-
130.
4. İkifazalı su-polimer sistemlərində paylanma metodu vasitəsilə makromolekulların nisbi
hidrofobluqlarının tədqiqi. AMEA-nın Xəbərləri, fizika-riyaziyyat və texnika elmləri seriyası, 2006, XXVI
cild, № 5, səh.132-140.
5. Определение термодинамических параметров взаимодействия компонентов двухфазных систем
декстран – ПВПД – вода и ПЭГ – С4О6Н4Na2-H2O. XVI International Conference on Chemical
Thermodynamics in Russia (RCCT 2007), Suzdal, 2007, стр. 3/S-241.
6. Влияние KJ на размеры и число НМЧ в системе агароза-вода. Вестник БГУ, 2007, №3, s.101-105.
5H2O. Бакы Университетинин «XƏBƏRLƏRİ», 2007, № 4, с.113-117.
7. Вискозиметрическое исследование системы ПЭГ-вода-СuSO4
8. Фазовый переход раствор-студень. Bakı Universitetinin «XƏBƏRLƏRİ», 2007, № 4, s.141-150.
9. Aqar gelinin özlü-elastik xassələrinin Rebinder üsulu ilə öyrənilməsi. «Fizika» AMEA Fizika İnstitutu,
2007, № 4.
10. Lidokain-hidroxloridin suyun strukturuna təsiri. AMEA-nın Fizika İnstitutu «Fizika», 2008, cild 14,
№1, s.29-30.
11. Процессы студнеобразования в водных растворах полимеров. Вестник БГУ, 2008, №1, s.158-
173.
12. Su-etanol-karbamid sistemlərində özlü axınının aktivləşmə parametrləri və struktur xüsusiyyətləri. Bakı
Universitetinin Xəbərləri, 2008, № 1, s.120-125.
13. Определение параметра взаимодействия между фазообразующими компонентами двухфазных
воднополимерных систем. Известия высших учебных заведений. Химия и химическая технология,
Иваново, 2008, том 51, вып.2,с.123-126.
14. Polietilenqlikolun duru-sulu məhlullarının struktur xüsusiyyətləri. Qafqaz Universiteti, № 21, 2008,
s.73-76.
15. Структурообразование в разбавленных водных растворах агарозы. Изв.вузов. Хим. и хим.
технология, Иваново, 2008, т.51, № 3, с.26-29.
19. Э.А.Масимов, Х.Ф.Аббасов. Рефрактометрическое определение числа гидратации ионов в
разбавленных водных растворах сульфата магния. Россия. ЖУРНАЛ ФИЗИЧЕСКОЙ ХИМИИ, том
86, №3, с.470-472, 2012.
20.E.A.Masimov, Kh.F.Abbasov. Refractometry Determination of the Hydration Number of Ions in
Diluted Aqueous Solutions of Magnesium Sulfate. ISSN 0036-0244, Russian Journal of Phusical Chemistry
A, 2012, Vol.86, No3, pp.399-401. Pleiades Publishing, Ltd., 2012.
21.Масимов Э.А., Гасанов Г.Ш., Пашаев Б.Г. Изменение структуры воды в водных растворах
уксусной кислоты в зависимости от концентрации и температуры по данным денситометрии,
вискозиметрии и ИК спектроскопии. Журнал физической химии, 2013, том 87, № 6, с. 969–972.
22.Масимов Э.А., Гасанов Г.Ш., Пашаев Б.Г., Мусаева С.И. Молекулярная структура системы
вода-KOH-полиэтиленгликоль по данным денситометрии и вискозиметрии. Журнал физической
химии, 2013, том 87, № 12, с. 2151–2153.
23.Ш.Н.Гаджиева, Н.А.Ахмедов, Э.А.Масимов, Н.М.Годжаев. Пространственная структура
молекулы Thr-Pro-Ala-Glu-Asp-Phe-Met-Arg-Phe-NH2. Москва, БИОФИЗИКА, 2013, том 58, вып.4,
с.587-590.
24. Прудько В.В., Масимов Э.А., Багиров Т.О. Влияние качества растворителя на растворимость
ПЭГ. VIII Международная научная конференция «Кинетика и механизм кристаллизации.
Кристаллизация как форма самоорганизации вещества». Россия, г. Иваново, 24-27 июня 2014г. с.
142-143.
25. Масимов Э.А., Багиров Т.О., Оджагвердиева С.Я. Объемные свойства водных растворов
полиэтиленгликолей различной молекулярной массы. Журнал «Фундаментальные исследования»,
№11 (часть 11), 2014, стр. 2411-2415.
26. Масимов Э.А., Имамалиев А.Р.,Прудько В.В., Асадова А.Г. Исследование процесса
гелеобразования в водных растворах агара. ХII Всероссийская конференция с международным
участием «Проблемы сольватации и комплексообразования в растворах. От эффектов в растворах к
новым материалам». Россия, г. Иваново, 29 июня - 03 июля 2015 г. с. 244-245.
27. E.A.Masimov, B.G.Pashayev, H.Sh.Hasanov, N.H.Hasanov. Viscosimetry and IR Spectroscopy of the
Structure of Water in Aqueous KBr Solutions. Russian Journal of Phyical Cemistry A, Strusture of
substances and quantum chemistry. 2015, Vol.89, N7, p.1242-1245.
28. E.A.Masimov, E.H.Ismailov, S.Y.Odzhaqverdiyeva . Complexation of polyethylene-glycol with the
sodium salts of citric and succinic acids in the aqueous solutions. Studies by dynamic light scattering and
uv/vis spectrophotometry Journal of Advances in Chemistry Vol. 11, No. 8, 2015, p.3866-3872
29. E.Ə.Məsimov, Эйвазов Э.А. Неприменимость соотношения Стокса-Эйнштейна к простым
жидкостям.Научная дискуссия: Вопросы математики, физики, химии, биологии. Сборник статей по
материалам ХХХIV-XXXV международной заочной научно-практической конференции. № 10-11
(28), Ноябрь, 2015г., Москва, с.15-22.
30. E.Ə.Məsimov, Багиров Т.О. Исследование некоторых водных двухфазрых систем на основе
полиэтиленгликоля-6000 и солей некоторых органических кислот. Материалы ХI международной
научно-технической конференции «Актуальные вопросы биологической физики и химии»,
Севастополь, 25-29 апреля 2016, стр.123-126.
31. E.Ə.Məsimov, Прудько В.В., Параметры взаимодействия между компонентами в двухфазной
системе декстран-поливинилпирролидон-вода. Материалы ХII международной конференции.
«Актуальные вопросы Биологической физики и химии. БФФХ-2017» г.Севастополь, 2017, с. 194-197.
KİTABLAR
1. Э.А.Масимов «Вода». Монография. Для студентов, докторантов и научных
работников. Ляман Няшрият Полиграфия. Баку, 2018, 368с.
2. E.Ə.Məsimov, T.O.Bağırov. Çoxkomponentli çoxfazalı sistemlər. Çoxfazalı
sistemlərdə maddələrin paylanması. Ali məktəb tələbələri üçün dərs vəsaiti. Bakı, 2016,
280 s.
3. E.Ə.Məsimov, H.Ş.Həsənov, Mayelərin özlülüyü. Universitetlər üçün dərs vəsaiti, “Ləman
Nəşriyyat Poliqrafiya” 2016, 285 s.
4. E.Ə.Məsimov, X.Ş.Abdullayev. Nüvə fizikasınin əsasları və nüvə maqnit rezonansı. Ali
məktəb tələbələri üçün dərslik. Bakı, 2015, 511 s.
5. E.Ə.Məsimov, A.R.İmaməliyev. Polimer gellərinin fiziki xassələri. Dərs vəsaiti. “Ləman
nəşriyyat poliqrafiya” MMC, Bakı 2014, 128 s.
6. E.Ə.Masimov, M.Ş.Məmmədov, R.M.Bağırov. Atom fizikasından məsələlər. Dərs vəsaiti.
“Təhsil” NPM, 2011, 226 s.
7. E.Ə Məsimov., H.Ş.Həsənov, B.G.Paşayev. Maye məhlulların elektrik keçiriciliyi.
Monoqrafiya. Az.TU-nun mətbəəsi Bakı-2011, 84 s.
8. Э.А.Масимов, В.В.Прудько. Растворы. Monoqrafiya. “ELM”, Bakı-2011, 367s.
9. E.Ə.Məsimov. Maddənin quruluşu. Ali məktəb tələbələri üçün dərs vəsaiti. Az.TU-nun
mətbəəsi.408 s.
10. E.Ə.Məsimov. «Ümumi fizika kursu. V cild. Atom fizikası». Ali məktəblər üçün
dərslik. AzTU-nun mətbəəsi. 2010,661s.
11. E.Ə.Məsimov. «Polimerlərin fiziki-kimyası». Ali məktəblər üçün dərslik. Bakı, «Bakı
Universiteti» nəşriyyatı, 2010, 416 s.
12. E.Ə.Məsimov. Bioloji sistemlərdə suyun rolu. Hidrofobluq. Bakı, 2008, 328s.
13. E.Ə.Məsimov. Məhlulların fiziki-kimyəvi xassələri. Bakı, 2008, 152s.
14. E.Ə.Məsimov, N.F.Əhmədov. Biosistemlərin quruluşu və xassələri. Bakı, 2008, 131s.
15. E.Ə.Məsimov. Aşağı temperaturlar. Kvant mayeləri. Bakı, 2008, 144 səh.
16. E.Ə.Məsimov, R.Ş.Əhmədova. Atomun quruluşu. Elementlərin dövrü sistemi, Bakı,
2008, 96 səh.
17. E.Ə.Məsimov, M.Ş.Məmmədov, R.M.Bağırov «Atom fizikasından məsələlər» Dərs
vəsaiti, Bakı, «MBM» mətbəəsi, 2007, 223 səh
18. E.Ə.Məsimov. Su və canlı orqanizm. Bakı, 2007, 116 s.
19. E.Ə.Məsimov, V.V.Prudko, R.H.Mahmudov. Makromolekul məhlullarında işığın
səpilməsi. Bakı, 2007, 100 s.
20. E.Ə.Məsimov, H.Ş.Həsənov. Bioloji sistemlərin termodinamikası. Bakı, 2007, 411 s.
21. E.Ə.Məsimov, Mürsəlov T.M. Nüvə maqnit rezonansı spektroskopiyası. 2006, 347 s.
22. E.Ə.Məsimov, Həsənov H.Ş., Həsənova N.H. Biosistemlərin ultrasəs metodu ilə
tədqiqi. Bakı Universiteti Nəşriyyatı, Bakı, 2005, 156 s.
23. E.Ə.Məsimov, T.M.Mürsəlov. Atom fizikası, Bakı 2002, 912 s.
24. Э.А.Масимов, В.Ю.Заславский, А.У.Махмудов. Гидрофобность полимерных
растворов. Баку, 1998.
25. E.Ə.Məsimov, İ.İ.Hüseynov, T.M.Mürsəlov. Maddə quruluşu. Bakı 1997.
26. Е.А.Масимов. Вода и живой организм. Баку. 1994.
27. E.Ə.Məsimov. Nüvə-maqnit rezonansı. Bakı, 1993.
DÖVLƏT, BEYNƏLXALQ PROQRAMLAR VƏ QRANTLAR
Patent P990089, 94/000415, 17.08.94, təsdiq olunub 26.05.99
2012-ildə Azərbaycan Respublikası Prezidentinin yanında Elmin İnkişaf Fondunun EİF-2011-1(3)-
82/32/1-M-34 saylı qrant layihəsində iştirak edib. Layihənin adı: “Verilmiş reoloji xassələrə malik
polisaxarid gellərinin alınmasının fiziki-kimyəvi əsaslarının işlənib hazırlanması”.
MÜKAFATLAR
2016-cı ildə tərcümeyi-halı və elmi fəaliyyətinin qısa məzmunu RAE tərəfindən yenidən
hazırlanmış «Известные ученые» ensiklopediyasının XIII cildinə daxil edilmişdir (XIII tom,
səh.172-174).
2015 ildə Rusiya Təbiətşünaslıq Akademiyasının Rəyasət heyətinin və “Avropa Elmi-Sənaye
Konsorsiumunun” təltif komissiyasının qərarına əsasən “Böyük Pyotr” ordeni,
2015-ci ildə 9 müxtəlif mötəbər beynəlxalq təşkilatlardan təşkil olunmuş “Avropa Elmi-Sənaye
Konsorsiumun” qərarı ilə “Avropa keyfiyyətli” qızıl medalı (№ 681/2015),
2014-cü ildə Avropa elmi-sənaye konsorsiumunun qərarı ilə fizika-riyaziyyat elmləri sahəsindəki
xidmətlərinə görə Vilhelm Leybnis medalı,
2012-ci ildə Avropa elmi-sənaye palatası tərəfindən Keyfiyyət Diplomu (Duploma di Merita) və
Avropa qızıl medalı,
2011-ci ildə Rusiyanın Təbiət Elmləri Akademiyasının V.İ.Vernadskiy adına medal, A.Nobel adına
medal, «Elmi məktəbin yaradıcısı», «Əməkdar elm və təhsil xadimi» fəxri adlarına layiq görülmüş
və «Rusiyanın Elmi məktəbləri» ensiklopediyasına (III cild, səh.165) daxil edilmişdir


AZƏRBAYCAN ZİYALILARI
Mahirə Quliyeva 1950-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1973-cü ildən AMEA-da işləyir. Halhazırda Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiridir. Fil.ü.e.d., baş elmi işçi Mahirə Həmid qızı Quliyeva əsasən Şərq ədəbiyyatı (Azərbaycan ədəbiyyatı) nəzəriyyəsinin tədqiqinə ciddi diqqət yetirmiş, bu istiqamətdə tədqiqatlar aparmışdır. Azərbaycanda ilk dəfə olaraq ilkin qaynaqlar əsasında Şərq poetik sistemini (İlmul-bəlağət) tədqiq etmiş, klassik irsdə Qurandan istifadə poetikasını öyrənmiş, aşıq yaradıcılığında hər iki istiqamətin yerini müəyyənləşdirmişdir.

“Əs-Səkkakinin “Miftəhul-ulum” əsəri (əlyazması) əsasında ərəb ədəbiyyatının nəzəri məsələləri” mövzusunda 1984-cü ildə fəlsəfə doktorluğu dissertasiyası, 2001-ci ildə “Klassik Şərq poetikası və orta əsrlər Azərbaycan ədəbiyyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Monoqrafiyaları:

1.Klassik Şərq poetikası. Bakı:Yazıçı,1991.123 s.

2. Orta əsrin bədii təfəkkürü və klassik Azərbaycan Ədəbiyyatı (Füzuli yaradıcılığı əsasında). Bakı: Ozan, 1996. -160 s.

3. Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı. Bakı: Ozan, 1999– 320 s.

4. Quran bəlağəti və Azərbaycan ədəbiyyatı. Bakı: Nafta-Press, 2008. -268 s.

5. Şərq poetikasının əsas kateqoriyaları. Bakı, 2010. - 400 s.(dərslik)

6. Введение в классическое арабо-мусульманское литературоведение. “Elm və təhsil”, Bakı-2015.-242 s.

7. Aşıq yaradıcılığı və dastanlar Şərq poetikası və islami dəyərlər baxımından. “Elm və təhsil”, Bakı-2016. -403 s. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf fondunun dəstəyi ilə yazılmışdır.

8. Quran və Azərbaycan ədəbiyyatı (XIV-XVI əsrlər). “Elm və təhsil”, Bakı-2016. -303 s.

9. Azərbaycan ədəbiyyatı ərəb-müsəlman nəzəriyyəsi kontekstində. “Elm və təhsil”, Bakı 2017. 552s.

10. Molla Pənah Vaqif irsi xalq yaradıcılığı ilə klassik poeziyanın qovşağında. “Elm və təhsil”, Bakı 2018, 216 s.

11. Введение в классическое арабо-мусульманское литературоведение. LAP LAMBERT Academic Publishing RU, 2018, 243 s. (Kitab Moldovadan gələn təklif əsasında təkrar nəşr edilmişdir.)

12. Yazdım ki, izim qalsın... (Mir Cəlal Paşayev haqqında “Ədəbiyyat” və «Мир литературы» qəzetlərində dərc edilmiş məqalələr)

M.H.Quliyevanın redaktorluğu ilə çapdan çıxmış kitablar:

1. N.Göyüşov. Milli sənətin nəzəri təhlilinə giriş, Bakı, Nurlan, 2016, 292 s.

2. N.Göyüşov. Füzuli: Düşüncə və ruhun poetikası. Bakı 2012, 454 s., Siracəddin Hacının Nizami Gəncəviyə həsr etdiyi oncildliyin redaktəsi:

3. ...Həzrət Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd (s.a.s.) c 3, Bakı 2009, 383 s.

4. Həzrət Nizami Gəncəvinin Meracnamələrinin şərhi, c 4, Bakı 2010, 767 s.

5. Həzrət Nizami Gəncəviyə görə, insan qəlbinin həqiqətləri c 5, Bakı 2012, 504s.

6. Həzrət Nizami Gəncəvinin “Sirlər xəzinəsi” dastanındakı V-IX məqalələrinin şərhi, c7, Bakı 2014, 596 s.

7. Həzrət Nizami Gəncəvinin “Sirlər xəzinəsi” dastanının şərhi (X-XIII məqalələr), c8, Bakı 2015, 667 s.

8. Həzrət Nizami Gəncəvinin “Sirlər xəzinəsi” dastanı insanlığın ana yasasıdır. Bakı, Nurlan, 2015, 111 s.

9. Həzrət Nizami Gəncəvinin “Sirlər xəzinəsi” məsnəvisinin şərhi (XIV-XVII məqalələr), c9, Bakı, 2016, 727 s.

10. Həzrət Nizami Gəncəvinin “Sirlər xəzinəsi” məsnəvisinin şərhi (XVIII-XX məqalələr), kitabın sonu, mədhiyyələr, kitabın yazılma səbəbi, söz, mənzum sözün mənsur sözdən üstünlüyü, tövhid, münacatlar, c 10, Bakı, 2017, 919 s.

Mükafatları:

1. SSRİ Elmlər Akademiyasının gənc alimlərinin XVII konfransında “Əs-Səkkaki və onun “Miftəhul-ulum” əsəri” adlı məruzəsi “Fəxri fərman”la təltif olunmuşdur.(Moskva 1998)

2. Misir Ərəb Respublikası tərəfindən Qahirə Universiteti Ərəb mədəniyyət bölməsinin Şəhadəti (2006)

3. “Mərhəmət elçisi” tərəfindən Azərbaycan elminin inkişafında mühüm xidmətlərinə görə “Elm fədaisi” fəxri diplomu ilə təltif edilib. Bakı- 2014

4. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə və 2015-ci ildəki elmi fəaliyyətinə görə “İlin alimi” adına layiq görülmüşdür.

5. 2015-ci ildə AMEA Humanitar elmlər bölməsinin Azərbaycan Milli Akademiyasının 70 illik yubileyi münasibətilə Nizami adına Ədəbiyyat İnstitutunda çoxillik məhsuldar elmi fəaliyyətini nəzərə alaraq “Fəxri Fərmanı” ilə təltif olunmuşdur.

6. Azərbaycan klassik ədəbiyyatının tədqiqi sahəsində çoxillik səmərəli elmi fəaliyyətinə görə Xurşidbanu Natəvan mükafatına layiq görülmüşdür.

7. Azərbaycan kütləvi informasiya vasitələri işçiləri Həmkarlar ittifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə H.Əliyevin ideyalarının həyata keçməsindəki fəaliyyəti, vətənə və xalqa layiqli xidmətlərinə görə “İlin nüfuzlu ziyalısı” ali media mükafatına layiq görülüb. Bakı-2017

8. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif etmişdir.

Mahirə Quliyeva institut elmi şurası və ixtisaslaşdırılmış müdafiə şurasının və “Poetika.İzm” jurnalının redaktə heyətinin üzvüdür. Nizami, Quran və onun kəlamının insanın kamilləşməsində rolu, Quran poetikasının Azərbaycan ədəbiyyatında yeri, klassik Şərq nəzəri sisteminin bugünün işığında tədqiqi, XIII əsrə aid nəzəri mənbədə bədiiyyat məsələləri, klassik irslə müasirliyin kəsişən və

kəsişməyən məqamları, Vaqif-300 və s. mövzularla beynəlxalq konfrans və simpoziumlarda iştirak etmişdir.
7-01-2019, 09:50
Вернуться назад